IqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Azercell-in dəstəyi ilə tələbələr üçün “1 günə sayt yaratmağı öyrən” seminarı keçirilib

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafına öz töhfəsini verməyə davam edir. Zəngin təcrübə, peşəkər mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verən mərkəz növbəti dəfə tələbələri bir araya gətirib. Belə ki, mərkəzin dəstəyi ilə “Owbike” startapı tərəfindən tələbələrə “1 günə sayt yaratmağı öyrən” adlı seminar keçirilib. Seminar zamanı sayta ehtiyacı olan şirkətlərin tapılması, bazar araşdırmasının aparılması, şirkətlər üçün vebsayt kontentinin düzgün tərtib olunması və “Owbike” sistemi çərçivəsində sayt yaradıb şirkətlərə təklif olunması tələbələrə öyrədilib. Təlim zamanı həmçinin keyfiyyətli şəkildə hazırlanan və təqdim olunan saytların şirkətlərə verdikləri üstünlüklər, düzgün kontent strategiyasının müəyyən edilməsi və digər aktual mövzular müzakirə olunub. Seminarın təşkil olunmasında məqsəd tələbələrə “Content Management” (məzmun idarəolunması) peşəsinin əsaslarını öyrətmək və gələcəkdə bu yöndə peşəkar şəkildə fəaliyyət göstərmələrinə yardımçı olmaqdır. “Owbike” startapı bundan sonra da ödənişsiz seminarların keçirilməsini davam etdirəcək.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti “Owbike” buludda sayt yaratma sistemidir. Sistemdən istifadə edərək sahibkarlar heç bir texniki biliyə sahib olmadan öz gəlirlərini artıracaq biznes saytlarını asanlıqla yarada bilərlər. Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış bir layihədir. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək, onların müstəqil şirkətə çevrilməsinə kömək edir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!