“Oyuncaqlar əhvalatı-4” – IMAX-da və şəhər xaricində- Saqanın dördüncü hissəsini nə üçün izləmək gərəkdir?

“Oyuncaqlar əhvalatı”nın dördüncü hissəsinin planlaşdırılmamasına baxmayaraq, “Pixar” studiyası bu addımı atmağa qərar verdi. Filmin rejissoru vəzifəsinə təyin olunan Con Lasseter studiyanın “hekayəyə qarşı olan sevgisi”ni irəli sürərək, franşızanın davamlı olduğunu söylədi. Lasseter studiyada digər işlərlə məşğul olduğundan, filmin rejissoru Coş Kuli oldu.

Tom Henks, Tim Allen, Lori Metkalf, Coan Kyusak kimi ulduzlar “Oyuncaqlar əhvalatı-4” filminin yaradıcı heyətində yer alıb. Lasseter isə həmin filmin prodüsseri və ssenaristi qismində çıxış edir.

“Oyuncaqlar əhvalatı-4″ün hekayəsi Bonni adlı bir qızın məktəbdə çəngəl-bıcaqdan hazırlanan və Vilkins adlanan yeni bir oyuncaq ətrafında baş verir. Vilkins özünün oyuncaq olduğunu bilmir və səfər zamanı itkin düşür. Digər oyuncaqlar isə onun axtarışına səfərbər olur.

“Oyuncaqlar əhvalatı” saqası 24 il əvvəl, 1995-ci ildə başlayıb. Eyni zamanda, yaradıcı heyətin onurğası da eyni qaldı – Lasseter ilk iki hissənin rejissoru idi, digərlərinin prodüsseri və ssenaristi olaraq qaldı.

“Oyuncaqlar əhvalatı-4” filmini IMAX formatında sabahdan başlayaraq yalnız “Park Cinema” kinoteatrında izləyə bilərsiniz. Bundan başqa, film “Park Cinema Zagulba Mall” kinoteatrında nümayiş olunacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: