Oyunlara 50 gün qaldı-FOTO-lar

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminə 50 gün qalmasını qeyd etmək məqsədilə Bakı Bulvarında Grassroots Proqramı çərçivəsində möhtəşəm tədbir keçirilib.

Bakı 2017 Islam Həmrəyliyi Oyunları, Grassroots Proqramı çərçivəsində həyata keçirilən tədbirdə oyunların İdmançı səfirləri Rəsul Çunayev, Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva və Ulduz Səfirləri Hacı Nuran Hüseynov, Tünzalə Ağayeva, Rəfael İsgəndərov və Coşqun Rəhimov, eləcə də Bakı 2017 Maskotları olan İncə və Cəsur iştirak etmişdilər.

Tədbir “sağlam həyat” mesajını verərək, İdmançı səfirlərin iştirakı ilə açıq hava altında idman sessiyası ilə başlamışdır. İlk dəfə tətbiq edilən bu ideya iştirakçılar  tərəfindən böyük maraqla qarşılanmışdır.

İdman həvəskarları,  atletlərlə  müxtəlif idman hərəkətlərini bir yerdə yerinə yetirmişlər. Tədbirdə Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaş və dəstəkçi şirkətləri: BP, Red Bull, Milla, Fresco və iTicket tədbirə qatılanlar sırasında olaraq, iştirakçılara əyləncəli anlar yaşadıb. Red Bull şirkəti bütün iştirakçılara tədbir zamanı enerji içkiləri, Milla şirkəti isə, süd və süd məhsullarını təqdim etmişdir. İştirakçılar  bir neçə viktorinada iştirak edərək, Fresco mağazalar şəbəkəsindən hədiyyələr qazanmışdır.

Yeri gəlmişkən,tədbirdə ulduz səfir, müğənni Tünzalə Ağayeva da iştirak edirdi, o, könüllülərlə bir yerdə  “Könüllülərin himnini“ səsləndirdi.
İdmançı Səfir Rəsul Çunayev isə öz fikrlərini belə bölüşdü: “Grassroots proqramı çərçivəsində gənclərin idmana cəlbi məqsədi ilə həyata keçirilən layihələrdə məmnuniyyətlə iştirak edirəm. Artıq oyunlara az vaxt qalıb və biz hamımız hazır olmalıyıq”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: