“Özünü molla kimi təqdim edən fırıldaqçı…”

Bu yaxınlarda ekranlara yeni komediya gəlir!

“ Dörd Baş” kinokomediyası yaxın vaxtlarda ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.

Yeni kinokomediyanı digər kinokomediyalarımızdan fərqləndirən nədir?

Filmdəki hadisələr qeyri-adi yuxudan başlayır və gerçək həyata keçir. Özünü molla kimi təqdim edən fırıldaqçının ucbatından həbsxanaya düşür. Amma hər bir vəziyyətdən çıxış yolu var… Filmdə din adından istifadə edən fırıldaqçı mollalar tənqid atəşinə tutulur.

Kinokomediyada məşhur aktyorlar Azər Axşam, Nofəl Şahlaroğlu, Natiq Aslan və Ceyhun Məmmədov çəkiliblər. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Natiq Novruzov (ssenari həmçinin Nofəl Şahlaroğlunun iştirakı ilə yazılıb), quruluşçu operatoru Fahir Səmədoğludur. “Bu kinokomediyada həm qrotesk, həm yumor, həm epataj, bir sözlə komediyaya xas olan hər şey var. İnanıram ki, film qısa müddətdə tamaşaçı rəğbəti qazanacaq. Filmdə maraqlı və sətiraltı mənalar var. Bütün tamaşaçıları yaxın vaxtlarda kinoteatrlarda gözləyirik” – bunu filmin rejissoru Natiq Novruzov deyib.

Qeyd edəki ki, ötən ilin oktyabr ayında N.Novruzovun rejissorluğu ilə “Xüsusi Təyinatlı İbad” filmi təqdim olunmuşdu. Hazırda Türkiyənin məşhur  www.sinematurktv.com onlayn kinoteatrında, həmçinin dünyanın məşhur www.festhome.com film satış bazasında olan “Xüsusi Təyinatlı İbad” bədii filminin ikinci hissəsi  – “Xüsusi Təyinatlı İbad 2” bədii filminin istehsalatı da yekunlaşmaq üzrədir.  “Xüsusi Təyinatlı İbad 2” bədii filminin də rejissoru Natiq Novruzovdur. Həmçinin rejissorun quruluşunda bu yaxınlarda “Yarpaqlar” bədii serialı da ATV telekanalında təqdim ediləcək.     

Frame.az

Azernewmedia.com

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: