“Özünü Tap!” lahiyəsi təqdim olundu

30.06.18 Tarixində Azərbaycanda “YourWay” adlı komandasının təşəbbüsü nəticəsində, IT STEP Academy Baku’da “Özünü Tap!” lahiyəsi keçirilib.

Lahiyənin qurucusu Mehin Nadirova və komandada ona dəstək olan Motivator Aydın İsmayılpur, NLP master Mirşahin Əlizadə və öz həyat təcrübələrini bölüşən gənc Nuray Hüseynzadə o gün təlimdə səmimi çıxış etmişdir. Əlavə qonaqlardan isə Macarıstanda təhsil alan Azərbaycanlı gəncimiz Sübhan Salamzadə, İxtiraçı Tural İsmayılzadə çıxış etmişdir.

Lahiyənin məqsədi gənclərə psixoloji dəstəkdir, onların ruh düşkünlüyünün, eyni zamanda intihar hallarının səbəbini müəyyənləşdirib, həlli yollarını tapıb, onlara yardım etməkdir. Hər il minlərlə gənc intihar edir, buna bir son vermək üçün artıq bu komanda tədbirlər görməyə başlamışdır. Eyni zamanda bu kimi motivasiya xarakterli lahiyələrin Azərbaycan bölgələrində də keçirilməsi üçün işlərə başlanmışdır.

Xüsusi təşəkkürlər! Lahiyədə Mehin Nadirovaya işlərdə dəstək olduğu üçün Kamran Hüseynquliyevə; Çəkiliş üçün Şəfiqə İlqarlıya; Məkana görə IT STEP Academy Baku və eyni zamanda “İsmayılpur Learning”-ə

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: