EventsTəqdimat

“Pəncərədən düşən işıq” sənədli filmi “CinemaPlus” da yayıma başlayıb

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Pəncərədən düşən işıq” sənədli filminin nümayişinə başlayıb. Filmin ideya müəllifi və baş prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadı. Çəkilişlər Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanı isə Vüsalə Kərimovadır.

Filmin süjet xətti Xeyir və Şər üzərində qurulub. Xeyir və Şərin əbədi qarşıdurmasında Xeyirin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da “iblislər”in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə Şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!