“Pantene” brendinin Türkiyə üzrə siması olan Neslihan Atagül Doğulu yenidən Bakıda

Türkiyənin məşhur aktrisası, “Pantene” brendinin Türkiyə üzrə siması olan Neslihan Atagül Doğulu yenidən Bakıya gəlib.

Frame.az xəbər verir ki, aktrisanın paytaxt səfərinin səbəbi Türkiyənin prestijli “Pantene Altın Kelebek Ödülleri Töreni” ilə bağlıdır. Sözügedən mükafatlandırma Türkiyədə ölkənin tanınmış incəsənət və mədəniyyət nümayəndələrinə verilir.

Artıq 2 ildir ki, Azərbaycan da amərasimə qatılır. Bu il Azərbaycan “İlin qadın müğənnisi” nominasiyası ilə tədbirdə iştirak edəcək. Bu ilin namizədləri sırasında Roza Zərgərli, Aygün Kazımova, Səmra Rəhimli, Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Xatirə İslam var. Qaliblər aylarla gedən səsvermə nəticəsində məlum olacaq. Ən çox səs toplayan ulduza 9 dekabrda Türkiyədə keçiriləcək mərasimdə mükafatı təqdim olunacaq. Layihə ərzində 7 namizəd olan ulduzlar haqqında “Pantene Böyük dəyişim” adlı filmlər hazırlanaraq, Xəzər Tv-də nümayiş olunub.

Cazibədar aktrisa ötən gün “M Group Production” şirkəti təşkil etdiyi “Fairmont Hotel Baku”-dakı mətbuat konfransında media nümayəndələri ilə bir araya gəlib.

Neslihan Atagül jurnalistlərin ona ünvanladığı sualları cavablandırıb: “İkinci dəfə Bakıda olmaqdan çox məmnunam. Bakı təmiz şəhərdir. İnsanlarınız istiqanlıdır. Ət qutabınızı çox sevirəm. Vaxtın az olduğu üçün bu gün geri qayıtmaq məcburiyyətindəyəm. Sabah burda ola bilməyəcəm. Ona görə kiçik bir video çarx çəkdik. Kim layiqdirsə, o da qazansın.” Bundan başqa, aktrisa “Pantene” ilə əməkdaşlıq edən bloggerlərlə “Tea & talk” -da görüşüb.

“Pantene” brendinin rəsmi saç stilisti Önder Tiryaki də Bakının qonağıdır. O, dekabrin 2-də 11:30 -da Fairmont Bakuda xüsusi master klass keçirəcək.

Layihə dekabrın 9 -da yekunlaşacaq.

Tədbirin davamı müddətində şəhərimizin marketlərində “Pantene” xüsusi dəstini alan xanımlar qala gecəyə dəvətnamə əldə edərək, 9 dekabrda mükafat mərasimini canlı izləmək şansı qazanırlar. Qeyd edək ki, 2 dekabr tarixində “Elektra Events Hall”-da qala konsert baş tutacaq.

Gecədə namizədlərin və sürpriz qonaqların performansları nümayiş olunacaq. Konsertdə Türkiyəyə gedəcək 3 finalistin adı açıqlanacaq. Xatırladaq ki, ötən il Azərbaycandan “İlin ən parlaq ulduzu” nominasiyasına namizədlər- Miri Yusif, Nigar Camal və Röya olub.

Sonuncu “Altın Kelebek” mükafatını qazanaraq Bakıya gətirib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: