Baku 2017

Paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Kənan Abdullaxanlı əlavə edib

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə komandamızın hesabına ikinci gümüş medalı Azərbaycan cudoçusu Kənan Abdullaxanlı əlavə edib.

Frame.az xəbər verir ki, yüz kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Kənan Abdullaxanlı finalda Özbəkistan idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının dörddəbir finalçısı Kənan Abdullaxanlı 2015-ci ildə Portuqaliyada keçirilmiş açıq Avropa çempionatının bürünc mükafatçısıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!