CinemaTəqdimatƏyləncə

“Park Cinema”-da “Birkart Dolby Atmos” zalının açılışı möhtəşəm premyera ilə yadda qalıb

Dekabrın 10-da “Metropark” AVM-də yerləşən “ParkCinema” kinoteatrında iki önəmli hadisə baş verib. “Birkart Dolby Atmos” zalının açılması ilə  yanaşı, rejissor Trevis Naytın “Bamblbi” filminin qapalı nümayişi keçirilib.

“Park Cinema” Azərbaycanın ən texnologiyalı kinoteatrlar şəbəkəsinin renomesini saxlayır. Şəbəkənin tərkibində  və yaxud ailəsində (“Park Cinema”nın əməkdaşları bu termindən daha çox istifadə  edir) “ParkBulvar”da yerləşən “LaseR” və “FlameTowers”də fəaliyyət göstərən “IMAX 3D” zallarına daha bir üzv – “Birkart Dolby Atmos” zalı daxil olub. “Dolby Atmos” sistemi tamaşaçıya filmi hərtərəfli hiss etməyə imkan verir. Məhz buna görə “Dolby Atmos”un devizi “Görüntünü eşit” ifadəsidir.

“Park Cinema”nın açılış üçün etdiyi seçim təsadüfi deyil: “Transformerlər” franşızasının prikveli kimi hesab olunan “Bamblbi”nin özəlliklərindən biri məhz səs effektləridir. “Paramount Pictures” kino şirkəti filmə göstərilən ilkin reaksiya ilə tam razı qala bilər. Çünki “Bamblbi” artıq ilk tamaşaçılarının rəğbətini qazana bilib.

“Tamaşaçı filmdən hər tərəfli həzz almalıdır. Heç bir səs, heç bir kadr, heç bir saniyə onun diqqətindən qaçmamalıdır. Bunun üçün tamaşaçının yeganə köməkçisi texnologiyalar ola bilər” – deyə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev  bildirib.

Premyeranın əsas sürprizlərindən biri  Bamblbi robotunun gəlməsi oldu. Ajiotaj o qədər yüksək idi ki, filmin posterinin yanında olan balaca bir yerdə qonaqların əksəriyyəti  yığışıb. Onlar, filmin əsas qəhrəmanının “canlı performansı”nı gözləmirdilər.

Premyerada qonaq qismində ssenarist və rejissor, Azərbaycanın xalq artisti  Ramiz  Fətəliyev (“Yaramaz”, “Altıncı”, “Təzə evlənənlər üçün çətir”), aktyor, rejissor, Azərbaycanın xalq  artisti Rafiq  Əliyev (“Lətifə”, “Bir anın həqiqəti”), Rotterdamdakı  nüfuzlu festivalın iştirakçısı “Duz-istiot zövqə uyğun” filminin rejissoru Teymur Hacıyev, rejissor Emin Mirabdullayev, “Parni iz Baku” teatrının aktyoru Azər Məmmədzadə və  başqaları çıxış edib.

“Bamblbi” Azərbaycanda geniş yayıma dekabrın 13-də çıxacaq. Biletləri “ParkCinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!