CinemaEventsŞəkillərTəqdimat

Park Cinema kinoteatrlar şəbəkəsi EuroVillage 2016 festivalında təmsil olunub

Park Cinema kinoteatrlar şəbəkəsi Bakı dənizkənarı bulvarında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş EuroVillage 2016 festivalında təmsil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqı ölkələrinə mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaratmaqdır. Tədbirdə Avropa İttafqı ölkələrinin Bakıda akkreditə olunmuş səfirliklərinin nümayəndələri və səfirlər, Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard, eləcə də Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev iştirak edib.

Azərbaycanın paytaxtı Bakı şəhərində artıq dördüncü ildir ki, keçirilən EuroVillage festivalında Park Cinema kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev  Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ilə birgə təşkil etdiyi və noyabrın 3-də start götürəcək VII Avropa Film festivalı haqda məlumat verib. O ildən-ilə festivalda iştirak edən ölkələrin, eləcədə də təqdim olunacaq filmlərin sayının artması ilə əlaqədar 2016-cı ildə festivalın 10 gün ərzində davam edəcəyini bildirib.

“EuroVillage 2016” çərçivəsində uşaqlar və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual turlar, milli rəqslər və karaoke, face-art, şahmat üzrə yarışlar və s. Keçirilib. Müsabiqə və viktorinaların qaliblərinə Park Cinema kinoteatrlar şəbəkəsi tərəfindən film seanslarına dəvətnamələr və multfilm qəhrəmanlarından xüsusi mükafatlar təqdim olunub.

Bundan əlavə, festivala gələn qonaqlara məşhur Avropa yeməkləri “qaspaço”, “paelyanın” hazırlanması üzrə kulinat şoular, pitsa ilə şou, eləcə də “Səs” (Azərbaycan) müsabiqəsinin iştirakçılarının çıxışları təqdim olunub. Festival avropalı ulduz Devid Vendettanın konsert proqramı ilə başa çatıb.

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda kinoteatrlar şəbəkəsinin 5 kinoteatrı vardır. Bu 13 zalı və 2200-dən artıq kürsüsü olan Park Bulvar, Metropark və açıq səma altında fəaliyyət göstərən Amburan yay kinoteatrı, 2015-ci ildə açılmış 4 zallı 600 kürsülü Park Cinema Zaqulba və 6 zallı 1000 yerlik Park Cinema Flame Tower kinoteatrlarıdır.

Ümumilikdə, şəbəkənin 3500 kürsülü 5 meydançası vardır. Park Cinema Flame Tower kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya bölgəsində bu formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb. Frame.az14572345_1817719415127332_6605382746745537924_n 14568180_1817719411793999_3890366449406790904_n 14572430_1817719418460665_7008982965080390489_n 14463240_1817719468460660_735323632318378991_n 14449982_1817719518460655_4035484550075597346_n 14495489_1817719561793984_722735951630970315_n 14517612_1817719585127315_7696377488494842528_n 14446048_1817719631793977_538250575370083130_n 14572782_1817719705127303_5340299383786370550_n 14581343_1817719748460632_2742704685193714492_n 14523208_1817719855127288_3842756451271805521_n 14484995_1817719928460614_9093870256096359153_n 14479743_1817720021793938_3398776772747261721_n 14581370_1817720111793929_2112748736881878874_n 14484710_1817720241793916_7834987516148955986_n 14502941_1817720568460550_1834025551152638388_n 14581399_1817720755127198_2746507711896737947_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!