Park Cinema “Yura Erasının Dünyası 2” filmini nümayiş etdirdi

Dünən, 5 iyun, dünya premyerasından iki gün əvvəl, Park Cinema kinoteatr şəbəkəsi tərəfindən “Yura Erasının Dünyası 2” adlı filminin bağlı nümayişi keçirildi.

Frame.az xəbər verir ki, filmin premyerası 1993-cü ildə Stiven Spilberq tərəfindən çəkilmiş “Yura Dövrünün Parkı” filminin 25 illiyinə həsr olunub.

Film tamaşaçılara yüksək keyfiyyətli Azərbaycan dublyajı ilə təqdim olunub və bu sevindirici haldır. Bundan əlavə, “Yura Dünyasının Dünyası 2” yalnız Azərbaycan, İngilis və Rus dillərində deyil, eyni zamanda möhtəşəm İMAX formatında və bir o qədər maraqlı LaseR formatında nümayiş olunacaq. Bundan əlavə, sözsüz ki, film 2D və 3D formatlarında da mövcüddur.

Filmdəki baş rollarında çəkilmiş aktyorlar – Kris Pratt, Brüs Dallas Hovard, Geraldin Çaplin, Tobi Cons. Filmin rejissoru isə Xuan Antonio Bayonadır.

Süjetə əsasən, dinozavrların əyləncə parkını və Yura dövrünün parkını məhv etdikdən sonra dörd il keçib. İnsanlar adanı tərk ediblər və kompleksin keçmiş sakinləri cəngəllikdə ölməmək üçün mübarizə aparırlar.

Vulkanın püskürməsindən xəbər tutub, Pratt və Hovardın qəhrəmanları dinozavrları xilas etmək qərarına gəlir, ancaq adada zalım planları ilə bütün insanlığa təhlükə yaradan sirli bir təşkilat aşkar olunur.

Ekranda baş verən hadisələr, tamaşaçını qərgin saxlayır, buna görə də filmi çox ajiotaj gözləyir.

Yeri gəlmişkən, 2015-ci ildə çıxmış “Yura Dünyasının Dünyası” filmi, ” Yura Dövrünün Parkı”-nın rekordunu qırdı və ilk həftə sonu 511 milyon dollar gətirdi.

Rejissor Xuan Antonio Bayonadır “Yura Dünyasının Dünyası” üç hissədən ibarət olacağını söyləyib. Üçlüyün üçüncü filmində baş verənlər  haqqında hələ ki məlumat verilmir.

Odur ki, “Yura Dünyasının Dünyası 2” filminə Park Cinema-da istifadədə üstünlük verdiyiniz dildə və sevdiyiniz formatda baxa bilərsiniz.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı, Quba və Mingəçevirdə yerləşən regional kinoteatrlar daxildir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: