“Park Cinema”da dekabr: sürprizlərin vaxtı

Dekabrın 10-da “Park Cinema Metropark”da keçirilmiş “Bamblbi” filminin qapalı nümayişində xüsusi qonaq qismində təşrif buyuran Bamblbi avtobotu şənbə günü “Park Cinema Park Bulvar”ın qonaqlarının qarşısına çıxıb.

Frame.az xəbər verir ki. rejissor Trevis Naytın “Bamblbi” keçən həftədən başlayaraq, “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanır və tamaşaçıların xüsusi marağına səbəb olub.

Həmin gün “Park Cinema Flame Towers”da yayımlanan “Robin Hud: Başlanğıc” filminə gələn qonaqlar isə Şervud meşəsinin “nümayəndələri” tərəfindən qarşılanıb.

“Biz istəyirik ki, kinoya gəlmək müştərilərimiz üçün xoş bir hadisə kimi yadda qalsın. Buna görə də bu seanslarda xüsusi bir performans etməyə qərara gəldik. Qonaqlarımız bu təşəbbüsümüzü müsbət qarşılayıb və bizdən yeni sürprizlər gözləyir. Onların üzərində işləyirik”, – “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev bildirib.

Onun sözlərinə görə, bu həftə “Park Cinema”da “Akvamen” filminin nümayişi başlayacaq: “Sevindirici haldır ki, müştərilərimiz “Park Cinema”da “Akvamen”i IMAX formatında baxa bilərlər. Filmin yaradıcı heyəti tizer və treylerlərində tamaşaçıalra “Akvamen”ə  məhz IMAX formatında baxmağa məsləhət görür”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: