“Park Cinema”da ikili premyera: “Bamblbi” filmi ilə “Birkart Dolby Atmos” zalı

Güclü zədəyə məruz qalmış avtobot Bamblbi Kaliforniyadakı avtomobil zibilliklərindən birində sığınacaq tapır, və deyəsən bu heç də ona yaxşı həyat vəd etmir, amma onu yerli sakin qız tapır…

Bizi ötən əsrin 80-ci illərinin sonuna kökləyəcək “Transformerlər” franşizanın növbəti hissəsi hər şeyin necə başlandığını nəql edəcək. Böyük ekranlara çıxmağdan öncə, “Bamblbi” filminin dekabrın 10-da, “Metropark” Ticarət Mərkəzində yerləşən “Park Cinema”  kinoteatrında qapalı nümayişi keçiriləcək.

“Park Cinema” Kinoteatrlar Şəbəkəsi üçün bu qapalı nümayiş xüsusi önəm daşıyacaq, çünki bu dəfə təkcə Trevis Naytın filmi deyil, eyni zamanda ən qabaqcıl səs texnologiyaları ilə təhciz edilmiş  “Birkart Dolby Atmos” zalı təqdim olunur.

“Park Cinema”nın məqsədi qabaqcıl texnologiyalardan istifadə etməklə, məzmunu tamaşaçılara ən yaxşı keyfiyyətə təqdim etməkdir. Buna görə də biz, bu gün səsi ən yaxşı keyfiyyətə vermək imkanına malik olan “Birkart Dolby Atmos” zalını açdıq. Bu gün rejissorlar, studiyalar, prodüserlər sadəcə şəkillər, bir-birini əvəz edən kadrlar deyil, dünyalar yaradırlar ki, tamaşaçı onları təkcə başa düşməsin, eyni zamanda hiss etsin. Buna görə də görüntünü “hiss etmək” imkanını yaradan texnologiyalar çox vacibdir” – Park Cinema Kinoteatrlar Şəbəkəsinin direktoru Elnur Allahverdiyev belə vurğulayır.

“Dolby”-nin Rusiya və MBD üzrə direktoru Aleksey Uqrinoviç isə deyir ki, “biz Rusiya və MBD-də 150-ci olan Dolby Atmoslu yeni kinozalın Azərbaycanda açılmasından məmnunuq. “Bu rəqəm müasir tamaşaçılar arasında keyfiyyətli məzmuna olan böyük və sürətlə artan tələbata sübutdur. Dolby Atmos texnologiyaları sayəsində kinoteatrlar öz tamaşaçılarına üçqat səsin möhtəşəm keyfiyyətini təklif edə bilərlər. Sözsüz ki, biz əldə etdiklərimizlə kifayətlənmirik, tərəfdaşlarımızla birlikdə inkişafa davam edirik”.
“Birkart Dolby Atmos” zalı “FlameTowers”–dəki IMAX 3D və “Park Bulvar”dakı “LaseR” zalları ilə birlikdə “Park Cinema”nın “texnoloji ailəsi”nə daxil olacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: