Park Cinemada “Yaramaz Mən 3” Azərbaycan dilində təqdim olundu

Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz Mən 3” (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər.  Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mirvatova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndirmişdir.

Dominos Pizza, Shokki Mokki və Super Milkynin dəstəyi ilə keçirilən media nümayişində qonaqlar əvvəlki serialardan fərqli olaraq, “Yaramaz Mən” 3-cü hissəsinin daha maraqlı və gülməli olduğunu qeyd ediblər.

Sinopsis: Qəhrəmanlarımızın üçüncü qayıdışına az qalıb. Çox uşaqlı super agent, gözəlçə və ölümsüz minyonlar. Onlar dünyanı ələ keçirəcəklər.

Filmi 29 iyundan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: