CinemaTəqdimatƏyləncə

“Park Cinema”dan Respublika Günündə “Bədheybədlərin kralı”

Mayın 28-də, Park Cinema metroparkın DolbyAtmos Kinotearında, Qodzilla, Motra və Rodanın üçbaşlı bədheybət Kinq Qidorla qarşıdurmasından bəhs edən  “Qodzilla-2: Qulyabanılar kralı” filminin premyeraöncəsi nümayişi baş tutdu.  Rejissor Maykl Doqertinin filmində Vera Farmiqo, Ken Vatanabe, Salli Xokins və Kayl Çandler çəkilmişlər.  İlin ən çox gözlənilən ümumi yayıma 30 may tarixində çıxacaq, premyeraöncəsi nümayiş isə Respublika günündə keçirildi. Bu məqsədlə Park Cinema balaca bir aksiya keçirdi, hər bir qonağa Azərbaycanın bayrağını təqdim etdi.

“Bizə çox xoşdur ki, premyeraöncəsi nümayiş Respublika Günündə keçir. Əminəm ki, bütün qonaqlarımız tək filmi deyil, həm də Park Cinemanın nümayişöncəsi hazırlığını yüksək qiymətləndirib. Bizim üçün çox vacib idi ki, insanlar bayram əhval-ruhiyyəsini hiss eləsin” –  Park Cinema Kinoteatrlar Şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev belə deyib.
“Filmin özünə gəldikdə isə, o bizdə Dolby Atmos formatı ilə bərabər İMAX formatında da nümayiş olunacaq. Buna görə də hər bir tamaşaçı layiqli şəkildə möhtəşəm səs effektlərini, qrafikanı qiymətləndirə bilər” – o qeyd edib.
“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.
“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!