CinemaTəqdimat

Park Cinemadan tələbələrə xüsusi təklif

Park Cinema Kinoteatrlar şəbəkəsi yeni dərs ilinin başlanması münasibəti ilə tələbələrə xoş surpriz edib. Belə ki, kinoteatrın Marketinq departamentinin direktoru Musa Axundov bildirib ki, tələbələr üçün kino biletinə və menuya xüsusi endirimlər tətbiq qüvvəyə minir. Park Bulvar, Metropark, Alov qüllələri, Zagulba və Masallıda yerləşən kinoteatrlarda tələbə biletinin göstərən gənclər bu təklifdən faydalana biləcəklər.

“Sentyabrın axırına qədər keçirilən aksiyada tələbələr kino biletinə, içki və popkorna xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, onlar GəncOl və Ulduzum kodları ilə hər ikinci bileti pulsuz əldə edəcəklər.  Park Cinema kinoteatrlar şəbəkəsi daim gənclərin yanında olmağa çalışır və onlara ən uyğun və sərfəli bilet qiymətləri təklif edir.

Biz inanırıq ki, keçirdiyimiz bu aksiya tələbələrin ürəyincə olacaq və onlar dərsdən sonrakı asudə vaxtlarını bizimlə birlikdə keçirəcəklər,” deyə Musa Axundov bildirib.

Qeyd edək ki, bu kampaniyadan əlavə, IMAX formatlı filmlərə Park Cinemadan tələbələr üçün xüsusi qiymətlər təklif olunur. Bundan əlavə, kino sektoruna gənc nəsli cəlb etmək və onların vaxtlarını sərfəli dəyərləndirmələrinə təkan vermək şəbəkənin əsas hədəflərindən biridir.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı zalın yerləşdiyi Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!