EventsTəqdimat

Park Cinema təqdim edir: «Dünyanın bütün pulları» filminin dünya premyerasından iki gün öncə nümayişi

Park Cinema növbəti dəfə izləyicilərinə dünya premyerasından bir neçə gün öncə film izləmək imkanı yaratdı. 20 fevral  Park Cinema Flame Towers kinoteatrında baş tutmuş dünya premyerasından 3 gün öncədən nümayiş dostlarımıza, media nümayəndələrinə, həmçinin tanınmış bloggerlərə ilin ən çox filmlərindən birini izləmə imkanını yaratdı .

Əsas mövzusu 1973-cü ildə on altı yaşlı III Jan Pol Gettin (Çarli Plammer) qaçırılması kimi real hadisəyə dayanan Con Pirsonun “Pol Getti. İzdirablı milyonlar” əsəri əsasında Ridli Skot tərəfindən lentə alınmış “Dünyanın bütün pulları” filmiəslində qaçırılmadan daha çox puldan: pulun gücü və özü ilə gətirdiyi bəlalardan bəhs edir.

İmperiyasına Getty Oil neft şirkəti və 200-dən çox digər müəssisələrin daxil olduğu amerikalı Pol Getti (Kristofer Plammer) tarixin ilk dollarlı milyaderlərindən biri olur. Lakin onun nəvəsi qaçırıldıqda, o nəvəsini pul qarşılığında xilas etməkdən imtina edir.

Gettinin qərarı hər kəsi sarsıdır, ən çox isə qaçırılmış uşağın anası Geyli ( Mişel Vilyams). O, oğlunu xilas edə bilmək üçün qayınatası və oğru arasında “vasitəçi” olmaq məcburiyyətində qalır. Onun pulu olmasa da, möhkəm iradəsi və köməkçisi –Gettin yanında çalışan sabiq agent Fletçer Çeyz (Mark Volberq) var.

Filmin sonunun məlum olmasına rəğmən, Ridli Skot tükənməyən maraqla izlənilən triller ərsəyə gətirməyi bacarmışdır, çünki film baş verənləri əhatə edən və qarşıdurmaları yalnız qaçırılma ilə yekunlaşmayan personajları əks etdirir. Niyə Gett insanlarla münasibətdən çox incəsənət nümunələrini kolleksiya etməyi üstün tutdu? Niyə polislər cinayətkarların axtarışını dayandırır? İtalyan qazetləri nəyin müqabilində Geylə 50000 dollar verməyə hazır idilər? İtalyan mafiyası nə ilə məşğul idi? Niyə İtalyanın əyalətlərində heç kimə güvənmək olmaz?

Bir çox nüans və detallar sözügedən hekayəyə əzəmət qatır. Əlbəttə ki, PolGettiniöncə KevinSpeysincanlandırdığını da unutmamaq lazımdır. KevinSpeysin iştirakı ilə çəkilmiş bütün səhnələr onun tərəfindən cinsi təcavüz faktı doğrulduqdan sonra yenidən çəkilmişdir.

Film ekranlara 22 fevral tarixində çıxacaq və yalnız Park Cinema kinotetarlarında nümayiş olunacaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!