“ParkCinema”-da tələbələr üçün özəl günlər

Park Cinemanın mətbuat xidmətinin Frame.az-a verdiyi məlumata görə kinoteatr rəsmi olaraq ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı) ilə birlikdə “ParkCinema-da tələbə günləri” aksiyasına başlayıb. “Tətillərinə kino əlavə et – Azərbaycan tələbə kartını gətir və 50%-ə qədər güzəşt əldə et!” – Park Cinema hər bir tələbəyə təklif edir. Aksiyanın məqsədi bundan ibarətdir ki, bazar ertəsindən çərşənbə gününə qədər tələbə güzəşt kartını (Azərbaycan Tələbə Kartı) təqdim edən tələbələr şəbəkənin bütün kinoteatrında sərfəli qiymətə bilet əldə edirlər.

Bizə həmçinin dedilər ki, bu kinoteatrlar şəbəkəsi özünü tələbələrin dostu kimi sübut etməkdədir.

“Məsələ burasındadır ki, Park Cinema Park Bulvar gənclərin tez-tez yığıldığı məkandır, ilk növbədə ona görə sərfəlidir ki, kinoteatr dənizkənarı parkın ərazisində, çoxlu sayda əyləncələrin əhatəsində yerləşib. Üstəlik burada yeni nəsil lazer proyektoru quraşdırılıb ki, hazırda yalnız bu kinoteatrda mövcuddur.

Əgər biz Park Cinema FlameTowers-dən danşırıqsa, bu kinoteatr Elmlər Akademiyası metro stansiyası yaxınlığında yerləşən universitetlərə yaxın olması baxımından sərfəlidir. Bununla yanaşı burada bir sıra vacib üstünlüklər var: dünya rəssamlarının həyat və yaradıcılıqlarından bəhs edən, onların ən yaxşı işlərini təqdim edən film-sərgilərin nümayişi tələbələr üçün maraq doğura bilər; tamaşaların ekranlaşdırılması, İMAX formatında məşhur əsərlər, ingilis dilində məşhur teatral quruluşlar, sənədli, elmi-kütləvi filmlər. Bu ölkədə yeganə kinoteatrdır ki, İMAX formatını dəstəkləyir. Bu isə tamaşaçıya təsvirin keyfiyyətini bəxş etmiş olur.

Park Cinema Metroparka gəldikdə isə, bu tələbələr tərəfindən ən çox ziyarət edilən kinoteatrdır. Burada daha çoxlu Azərbaycan və Türk tamaşaçıları üstünlük təşkil edir. ParkCinema Metroparkda Dolby Atmos yeni innovasiya zalı açılıb ki, bu da səsi əsl dəyərləndirənlə üçün tamamilə fərqli mükəmməl keyfiyyətdən zövq almağa imkan verəcək.

Park Cinema Zagulba əyləncə baxımından tələbələrin yığılması üçün idealdır, ona görə ki, bütün dostlarınız ilə şəhərkənarına səfər, kinodan kadrlarla daha parlaq yadda qalacaq.» – kinoteatrın mətbuat xidməti belə deyir.

Beləliklə tələbələrin adına sevinmək və onlara xoş nümayişlər arzulamaq olar!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: