Metropoliten Opera Teatrının “Samson və Dalila” operasının xüsusi nümayişi keçiriləcək

28 noyabrda Kamil Sen-Sansın “Samson vəDalila” operasının xüsusi nümayişi ilə Park Cinema Flame Towers kinoteatrında 2018/2019 TheMet: Live in HD Azərbaycanda canlı yayımlar proqramının mövsümü açılır.

Opera tamaşalarının böyük ekrandakı yayımları böyük ekranda 2006-cı ildən başlayaraq həyata keçirilir. Hazırda layihəyə 70-dən artıq ölkə cəlb olunub. Layihənin  mövcud olduğu dövrdə 24 milyon bilet satılıb və kinozallarda opera tamaşalarının auditoriyası daim artır.

2018/2019  mövsümünü Nyu-York teatrı opera səhnəsinin dünyaca məşhur ulduzlarının iştirakı ilə “Samson vəDalila”nın premyerası ilə açdı. Baş rollarda ElinaQarança (Dalila), Roberto Alanya (Samson), Dmitriy Beloselskiy (qocayəhudi) və Elçin Əzizov (Abelemex). Elə bu tamaşa ilə Park Cinema Kinoteatralr Şəbəkəsi və Cool Connections art-birliyi ABŞ Səfirliyinin dəstəyi ilə Azərbaycanda mövsümü açır.

Rəngarəng tamaşaya Darko Tresnyakın “Toni” mükafatı laureatı ser Mark Elder dirijorluq edir. Elina Qarança heyranedici, adamın ağlını başından alan Bibliya qəhrəmanı Dalila rolunda çıxış edərək təkcə bahadır Samsonu deyil, həm də Meti və kinoteatr ekranı qarşısındakı milyonlarla tamaşaçını  öz hakimiyyətinə tabe  etdirir.

Onun səhndəki uzun illik tərəf müqabili Reborto Alanyadır, onların müştərək çıxışlarını həmişə münasibətlərin xüsusi “kimya”sı və mükəmməl  qurulmuş duet fərqləndirir.

“Samson və Dalila” da onların müştərək yaradıcılıqlarını görkəmli aktyorlar, Rusiya Bolşoy teatrının solistləri – dünya şöhrətli bas, Rusiyanın Əməkdar artisti Dmitriy Beloselski və bariton, Azərbaycanın Xalq artisti Elçin Əzizov kölgədə qoyur.

Elçin Əzizov xüsusi video müraciətdə seansların başlanğıcını Metdən Park Cinema kinoteatrlarının ekranlarında şərh edir.

https://www.facebook.com/ParkCinema/videos/254238995253857/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: