Partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının X konfransına hazırlıq işləri davam etdirilir. Bu məqsədlə təşkilatın “YAP Xalça Muzeyi” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsul hesabat məruzəsi ilə çıxış edərək fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənib. Vurğulanıb ki, təşkilatda qeydiyyatda olan hər bir üzv partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edir. Yığıncaqda çıxış edən partiya üzvləri hesabat məruzəsini qənaətbəxş hesab ediblər.
YAP Səbail rayon təşkilatı sədrinin müavini Muxtar Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılması haqqında məlumat verib, onun təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının yeni tərkibi, rayon təşkilatının X konfransına nümayəndələr seçilib.
Həmçinin Ərazi İlk partiya təşkilatında bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: