Pasient Təşkilatları İttifaqı təsis edildi

24 Yanvar 2017-ci il tarixdə 3 təşkilat “Hemofiliyalı Xəstələr”İB, “Azərbaycan Diabet Liqası” İB və “Leykemiya ilə mübarizə”İB təşəbbüsü ilə Pasient Təşkilatları İttifaqı təsis edilidi.

İştirak edənlər Respublikada tanınmış QHT liderləri Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, prof. Mayis Əliyev, Milli QHT Forumunun İdarə heyyətinin sədri Qorxmaz İbrahimli, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və pasientlərdən ibarət fəallar olmuşlar.

Təsis konfransında “Hemofiliyalı Xəstələr” İB icraçı direktoru Ayaz Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycanda bir çox xəstəliklərin – Dağınıq skleroz, Sarkoma, Nanizm, Psariaz, Mukovistidozdan əziyyət çəkən xəstələr, Nefroloji, Onkoloji, Orfan (yetim) xəstəlikləri, Hepatit viruslarına yoluxmuş pasientlər və sair bir çox xəstəlikdən əziyyət çəkən pasientlər haqqında dəqiq statistika mövcud deyil və bir çox xəstəliklər haqqında maarifləndirmə işləri aparılmır.
Bununla bağlı Pasient Təşkilatları İttifaqının yaradılması böyük əhəmiyyət kəsb edir.

Pasient Təşkilatları İttifaqının missiyası aşağıda qeyd olunan bəndlərdən ibarətdir:
-İctimai iştirakçılığın təminatı
-Dövlətin müvafiq strukturlarında pasientlələrin maraqlarının təmsil edilməsi
-Kənarda qalan pasientlərə diqqətin artırılması
-Nadir xəstəliklərlə olan pasientlərin tibbi yardımın və dərman preparatları ilə təmin edilməsi sayəsində vəziyyətin qiymətləndirilməsi
– Milli genafondun sağlamlığının qorunmasıdır.

3 nəfərdən ibarət hüquqi şəxs Mehriban Bağırova, Yeganə Sultanova və Ayaz Hüseynov tərəfindən Pasient Təşkilatları İttifaqı təsis edildi. Təşkilatın strukturu olaraq idarə heyəti və təftiş komissiyasının üzvləri təsdiq edildi, və protokollaşdırıldı. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: