“Payız Əfsanələri” – adlı Beynəlxalq İncəsənət Müsabiqəsi – Festivalı!

9-10 noyabrRəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında , “Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək.

Təşkilatçılar:
Azərbaycan Gənclər İttifaqıdır (AGİ)

Azərbaycan Gənclər İttifaqının İdarə Heyyətinin üzvü Əziz Əzizov deyir – “Qeyd etmək lazımdır ki, yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstan, Ukrayna, Türkiyə, İran və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları gözlənilir. Artıq iştirakçiların sayı dörd mini keçib, və mənim fikrimcə bu fakt Azərbaycanı Qafqaz regionun incəsənətində lider edir”.

“Payız Əfsanələri” yarışmasında bir neçə janrlarda iştirakçıların çıxışları gözlənilir. Bu janırlar: 1 – folklor, 2- klassik, 3- Estrada , incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. 4- yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), uşaq ( 7-10 yaş ), yunior ( yeniyetmələr  11-15 yaş), ergin ( böyüklər 16 yaşdan yuxarı).
Hər bir janırda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambılar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların  hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır.

Münsiflər heyyəti Azərbaycanın Əməkdar artistləri və İncəsənət xadimləridirlər.

Azərbaycan Gənclər İttifaqı hərkəsi bu Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak etməyə dəvət edir.

Qeydiyyat üçün əlaqə nömrələri.

Az.gencler@mail.ru
+994124971236
+994502502293
+994502502280

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: