Paytaxt sakinləri ictimaiyyətdə bu hərəkətləri sevmir

“ACT Azərbaycan”  19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Bakı sürətlə Qərb mədəniyyətinin bir hissəsinə çevrilir. Amma Bakını Bakı edən, Şərq dünyasının ayrılmaz parçası kimi saxlayan dəyərlər hələ də öz aktuallığını qoruyub saxlayır. Bakılılar istər xarici görünüş, istərsə də həyat tərzi baxımından Qərbə doğru istiqamət alsalar da, mənəvi və mental dəyərlər tərəfdən hələ də Şərqli olaraq qalmaqdadırlar. Kimi bunu milli, dini və etnik bağlarla əlaqələndirir, kimi ailə tərbiyəsi, kimi isə dünyagörüşü ilə. Dəyişməyən odur ki, Bakıda hələ də yazılmamış qaydalar, müəyyən yerli qadağalar və tabular hökm sürür.

Məsələn, rəyi soruşulmuş respondentlərin demək olar ki, hamısı üçün ictimai yerlərdə öpüşmək  qəbuledilməzdir (94 %). İnsan içində öpüşməyi normal qarşılayanlar (6 %) əsasən güclü cinsin nümayəndələridir (7 %).

Azərbaycanda ictimai yerlərdə tütün məhsullarının istifadəsinə qadağa qoyulması uzun müddətdir müzakirə olunur. Sorğu nəticələri də göstərdi ki, bu məsələ heç də əbəs yerə aktual deyil. Belə ki, sorğuda iştirak etmiş paytaxt sakinlərinin böyük əksəriyyəti ictimai yerlərdə siqaret çəkilməsinə qarşıdır (90 %). Qadınların demək olar ki, hamısı (91 %) buna pis baxsa da, əsas tütün istifadəçiləri olan kişilər arasında ictimai yerlərdə siqaret çəkməyə müsbət baxanlar da tapıldı (14 %).

Adam arasında söyüş söymək (97 %) və yerə tüpürmək (96 %) kimi hallar demək olar ki, bütün respondentlər arasında birmənalı olaraq mənfi hal kimi dəyərləndirilib.

İctimai yerlərdə telefonla yüksək səs tonunda danışmağa qarşı çıxanlar nisbətən daha azdır (87 %). Hətta kişilərin 16 %-i üçün bu normal bir haldır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: