EkologiyaTəqdimatƏn SonƏn Son

Paytaxtın Xətai rayonunda 30-a yaxın ağac və kol bitkisi məhv edilib

Paytaxtın Xətai rayonu, Nobel prospekti, 189 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar. Əraziyə keçirilən baxış zamanı həmin ünvanda hasara alınmış 0.2 hektar ərazidə 30-a yaxın ağac və kol bitkisinin gecə saatlarında ekskavatorla məhv edildiyi və 90-JX-379, 99-LJ-581 dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsilə ərazidən daşındığı məlum olub. Əməkdaşlarımız tərəfindən ərazidə görülən işlər dayandırılıb.

Bu barədə Frame.az-a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib ki, təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırmalar davam edir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə sayıqlıqlarına görə minnətdarlığını bildirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!