EventsHandmadeŞəkillərSərgiTəqdimatƏn Son

“Peru Andlarının mənzərələri” adlı fərdi sərgi nümayiş olunacaq

25 sentyabr 2018-ci il tarixində saat 19:00-da “Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fərdi sərgisi nümayiş olunacaq. Sərgi Perunun Azərbaycandaki Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatı nın təşəbbüsü ilə gerçəkləşəcək.

Sərgidə 4 Peru rəssamlarının əsərləri nümayiş olunacaq. Hugo Suyo Medina, Evaristo Cayo, Guzman Emilio Huanca Yanariko və Darwin Chavezin.
Rəssamların hərbiri özlərinə məxsus olaraq möhtəşəm And dağlarının əzəmətliyini, yağışlı meşələrini, füsunkar dağlarının ətəklərindən axan Amazon çayını və onun qollarını əhatə edən neçə neçə çayları, böyük və əhamiyyətli göllərini, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini öz əsərlərində əks etdirmişdilər.

Sərginin açılışı 25 sentyabr 2018ci il tarixində Art Tower qalereyasında saat 19:00 olacaq və 6 oktyabr tarixinədək davam edəcəkdir.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az

Şərab dəstəyi: GALA brendi

Giriş sərbəstdir

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!