Beynəlxalq Muğam Mərkəzində meksikalı pianoçu Xesus Lepe Rikonun konserti keçiriləcək

Sentyabrın 2-də meksikalı pianoçu Xesus Lepe Rikonun konserti keçiriləcək. Qeyd edək ki , bu konsert pianoçunun Bakı tamaşaçıları ilə ikinci görüşüdür. Pianoçu ötən ilin noyabrında Beynəlxalq Muğam Mərkəzinin səhnəsində maraqlı proqramla çıxış etmişdi .

Hələ ötən konsertdən sonra təəssüratlarını bölüşən musiqçi bildirmişdi ki,  sevgi, anlaşma, musiqinin ecazkar sehri bir daha təsdiq edir ki, musiqinin dili yoxdur .
” İfama  qonaq olduğum Azərbaycandan aldığım enerjini və xoş təəssüratın pozitivliyini qataraq ifa edirəm.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış etməkdən isə hədsiz məmnunam … ”
Bu dəfəki konsertdə ifaçı Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi tanınmış meksikalı bəstəkarlarının bəzi əsərlərini səsləndirəcək. Meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika Səfirliyinin əməkdaşlığı əsasında həyata keçirilir.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi beynəlxalq əlaqalərin genişləndirilməsi və milli irsimizin təbliği məqsədilə səfiriklərlə birgə layihələr həyata keçirir. Merkəzin dəstəyi ilə bu günə kimi Çin, Avstriya, Meksika, Braziliya, İndoneziya, Gürcüstan, Hİndistan , Fransa , Rusiya və digər ölkələrlə çoxsaylı birgə layihələr reallaşıb. Mərkəz həm konsert həm də elmi araşdırma sahəsində səfirliklərlə birgə fəaliyyəti  daima genişləndirməkdə davam edir .

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: