“Pirelli”: Formula 1-də iki məcburi pip-stop ideyası dəstəklənməyəcək

“Pirelli” avtomobil idmanı bölməsinin rəhbəri Mario İzola hesab edir ki, Formula 1-də iki məcburi pip-stopla bağlı qaydanın tətbiq edilməsi heç bir məna vermir.

Frame.az xəbər verir ki, “RaceFans” saytı İzolanın bu sözlərini sitat gətirir: “Biz belə varianti müzakirə etmişik. Lakin mənə elə gəlir ki, bu təşəbbüs bəyənilməyəcək. Çünki bu, komandaların eyni taktikadan istifadə etməsi ilə nəticələnəcək. Əgər biz Formula 1-də müxtəlif strategiyalar görmək istəyiriksə, o zaman buna bənzər yol seçməyə dəyməz.

Komandalara məşqlərdə istifadə üçün digər növ şinlərin təqdim edilməsi variantı da, həmçinin müzakirələrə səbəb olub. Bu, komandaların cümə günü ərzində təkərlər barədə məlumat toplamaq imkanını məhdudlaşdırmaq məqsədi daşıyır. Lakin bu addım təcrübəsi olmayan pilotları əlverişsiz mövqe ilə qarşı-qarşıya qoya bilər. Çox ehtimal ki, bu variant da bəyənilməyəcək”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: