“Pirelli”də Bakı mərhələsi üçün şinlərin seçilməsi təsdiqlənib

“Pirelli”də Formula 1 Azərbaycan Qran-Prisindən əvvəl komandalar tərəfindən seçilən şin dəstlərinin sayı təsdiqlənib.

Frame.az “F1News.ru”ya istinadla xəbər verir ki, çempionatın üçüncü mərhələsində “Hard”, “Medium” və “Soft” standart markalanmalarını C2, C3 və C4 tərkibləri əldə edəcəklər.

Komandalar ənənəvi olaraq, daha çox yumşaq tərkibli şin dəstlərini seçiblər və demək olar ki, onların hamısı bir dəst “Hard”la kifayətləniblər. Yalnız Daniel Rikkardo (“Renault”), Kimi Raykkonen (“Ferrari”), Daniil Kvyat (“Toro Rosso”) və Corc Rassel (“Williams”) ən sərt şinlərdən hərəyə iki dəst seçiblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: