Pirs Brosnandan həyatla bağlı fikirlər

Bu məqalədə məşhur Hollivud ulduzu Pirs Brosnanın həyata baxışlarını öz dilindən sizinlə paylaşmaq istərdik

Mən arzulamağı çox xoşlayıram.

Mənim o dərəcədə zəngin həyatım var ki, çox zaman buna görə narahat oluram. Biz, irlandiyalılar hər zaman nəyinsə tərs olacağına alışmışıq.

Teatrda debütüm 5 yaşımda baş tutub. O zaman kilsədə mehrabdar rolunda idim.

Uşaqlıqda tək gəzib dolaşırdım. Atam bizi atıb getmiş, anam da pul qazanmaq üçün Londona getmişdi. O hər dəfə mənə baş çəkməyə gələndə hədiyyələr alıb gətirirdi. Bu hədiyyələrdən bizim şəhərdə başqa heç kimdə yox idi. Bir dəfə diafilm üçün balaca bir proyektor gətirmişdi, orada da cəmi 4 slayd var idi – Mikki Maus, Donald Dak və Pluto haqqında. Onların replikaları ilə mən oxumağı öyrəndim. Otaqdakı digər sakinlərdən yaşıl bir örtüklə ayrılmış çarpayımda uzanır və proyektorun işığını tavana salardım. O zaman aktyor olmaq barədə düşünmürdüm heç, sadəcə o zamanlardan artıq təxəyyülüm işə düşməyə başladı.

Təhsil – bu nəticə deyil, bir prosessdir.

15 yaşım olanda məktəbi tərk etdim. Özümü tamamilə yararsız və savadsız hiss edirdim. Və mən bəzən indi də təhsilimin çatışmamazlığından sıxılıram.

Anam nəvaxtsa mənə boksçu əlcəkləri bağışlamışdı. Onları çoxdan istəyirdim, geyinib boksla məşğul olmağı sevirdim. İndiyədək saxlayıram, şkafdadılar, köhnəlib üzlükləri soyulub – həmişə qorumuşam onları.

İndi barda kiminləsə savaşsam, bu kənardan bir komediyaya bənzəyər.

Mən Betmen rolunu Tim Bertonla müzakirə edirdim. Sadəcə olaraq bu rola qarşı heç bir zaman ciddi yanaşa bilməmişəm – bir insan ki alt paltarını şalvar üzərindən geyinə, ona necə ciddi yanaşmaq olar?!

Filmlərdə oğruları oynamaqdan həzz alıram.

Düşünürəm ki, Roman Polanski mənə telefon kitabçası motivində bir filmdə oynamağı təklif etsəydi tərəddüd etmədən razılaşardım.

Uzun müddət idi hara gedirdimsə mənə deyirdilər ki “sən Ceyms Bond rolunda oynamağa tam layiqsən. Məgər sən Bond rolunda oynamağa hazırlaşmırdın? Səndə əla alınar, gərək yoxlayardın” və sair və ilaxır. Sanki bu mənim yarımçıq qalan bir işim idi. Vaxtı gələndə artıq imtina edə bilmədim.

İnsanlar sənə inanmırlarsa, bu zaman sən özün özünə inanmalısan.

Mən təsadüfən hiss etmişdim ki bütün ən güclü aktyorlar hamısı demək olar ki bir boydadırlar. Mən də hər zaman bir az boydan kiçik olub istedadımın daha çox olmasını arzulamışam.

Mən Bonda insanlıq xüsusiyyətləri aşılamağa çalışmışam. Onu özü üçün daha real və anlaşılan etməyə çalışmışam. Bu qədər mənfi obrazlarla yadda qalan bir personajı oynayarkən, hər zaman rinqə çıxıb qalib gəlməyi bacarmalısan. Düşünürəm ki Konnerinin Bondu bir qədər sadist idi, o qəddarlıqqa düşmənləri öldürə bilirdi. Mənim oynadığım Bondun qəlbi isə fikrimcə daha mərhəmətli idi.

Filmlərlə bağlı söz sahibi olmuş insanlar heç bir zaman nə etdiklərinin fərqinə varmırlar. Onlar sadəcə çəkdikləri filmlərin sayını bilirlər, bu isə hər zaman məni özümdən çıxarır. Axı sonda bizim uşaqlar keyfiyyətsiz filmə baxmalı olacaqlar.
Gec və ya tez siyasət səni tapacaq.

Balinasız dünya? Bunu təsəvvür belə etmək istəmirəm.

Kar balina – ölü balina deməkdir. Bunu bir alim söyləyib. Nə üçün balinalar və delfinlər çox zaman onlarda karlığa səbəb olan səsləri dinləməyə məhkumdurlar? Qida axtarışı zamanı, miqrasiya edərkən və ya bir biriləri ilə ünsiyyət zamanı sırf eşitmə orqanlarına arxalanan bu canlılar üçün kar olmaq əsl fəlakətdir.

Çoxları düşünür ki mən çox gözəl mahnı oxuyuram. Belə insanlar əsasən çox güclü dərmanlar qəbul edirlər və onları da evdən bayıra buraxmırlar.

Pank hərəkatının qızışdığı bir dövrdə mən Cənubi Londonda yaşayırdım. Mənim mənzilim hər zaman panklarla dolu olurdu. Geci və yat tezi sən bu həyat tərzindən uzaqlaşırsan və ətrafda baş verənləri ümumiyyətlə anlamırsan. Hal-hazırda mən məhz elə bir dövrdəyəm. Bəzən hətta özüm-özümə sual da verirəm ki, axı sən musiqidə nə baş verdiyindən heç xəbərin yoxdur.

Hər kəsin həyatında çox sayda gülməli hadisələr baş verir.

Şan-şöhrət çox böyük bir tamahdır. Amma o bir gün çevrilib səni yumşaq yerindən dişləyə bilər.

Alçalmaq çox böyük bir yoluxmadır və insana xas olan ən ağrılı hisslərdən biridir.

Mən o kişilərdənəm ki, həyatlarında güclü bir qadının olmasını şərt hesab edirlər.

Ukulele alətini çox sevirəm.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: