“Pişik qız” romanı təqdim olundu-FOTO-lar

Fevralın 11-də saat 14:00-da kitabevim.az kitab dükanında Gənc yazar Pərviz Seyidlinin “Pişik qız” adlı kitabının və fərdi fotosərgisinin təqdimatı keçirildi. Tədbirdə yazarın dostları, kitabsevərlər və media nümayəndələri iştirak etdi.

Qeyd edək ki, roman İncəsənət Universitetində təhsil alan tələbələrin xaotik həyat tərzi və bu həyat dönəmində başlarına gələn hadisələrdən bəhs edir. Təqdimat zamanı həmçinin kiçik sərgi də təşkil olunmuşdu. Sərgidə nümayiş olunan fotolar romandakı obrazların prototiplərindən götürülmüşdü. Frame.az kollektivi gənc yazarı ilk kitabının təqdimatı münasibəti ilə təbrik edir. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: