MotivasiyaSağlamlıq

Piyada səyahət etməyi sevən 10 adam

Planetimizin əhalisinin əksəriyyəti böyük çətinliklə divandan qalxa bilirlər, əsasən də evdə yüksəksürətli Wi-Fi internet olarsa. Buna baxmayaraq dünyada həyatlarını səyahətlərə həsr etmiş çoxlu sayda insanlar da az deyil. Onlardan bəziləri avtomobillə bir çox ölkələr gəzmiş, digərləri isə planetin ucqar yerlərinə təyyarə ilə uçmuşlar. Bunların içində bir tip insanlar da var ki, piyada böyük məsafələr qət etmişlər. Bəziləri qarşılarına qoymuş məqsəd arxasınca getmiş, digərləri isə sadəcə bu yolla dünyanı daha yaxından tanımaq qərarına gəlmişlər. Bəzilərinin sponsoru olmuş, digərləri isə pulsuz və hətta normal tədarük görmədən uzaq yola çıxmışlar. Bu məqalədə 10 belə insan barədə söz açacağıq – bu şəxslər insanın iradi cəhətdən nə qədər dözümlü bir varlıq olduğunu əyani olaraq sübut ediblər.

Con Frensis https://en.wikipedia.org/wiki/John_Francis_%28environmentalist%29

Con Frensis yaşadığı həyat tərzinə görə Planetwalker (tərcümədə – Planetdə gəzən adam mənasını verir) ləqəbi qazanıb. Uzaq 1971-ci ildə o təsadüfən San-Fransisko limanında neft sızmasının şahidi olur və şəxsi etiraz aksiyasına başlamaq qərarına gəlir.

Növbəti 22 il ərzində Con bir dəfə də olsun avtomobilə minmir. Bunun əvəzinə o bütün Amerika boyu piyada gəzməyə başlayır. Amma bu da Frensisə az görünür. 1973-cü ildə o tam susmağa qərar verir və 17 il ərzində heç kimlə bir kəlmə də kəsmir. Ətrafdakı insanlarla ünsiyyət vasitəsi olaraq o jestlərdən və yazılı qeydlərdən istifadə edir.

Çoxları düşünür ki Frensisin əqli çatışmamazlığı var, lakin bu onu heç narahat etmir. Con belə həyat tərzi keçirməklə elmi Doktor dərəcəsi belə alır.

22 il ərzində Con Frensis bütün 48 Amerika ştatlarını dolaşır (o yalnız məntiqi olaraq Havay adalarına və Alyaskaya gedə bilmir) və hətta Cənubi Amerikaya qədər edib çıxır. Yalnız 1993-cü ildə o nəhayət avtomobil vasitələrindən istifadə etməyə başlayır. Hazırda bu insan siyasətlə məşğul olur və bir neçə il öncə öz həyatı ilə bağlı kitab nəşr etdirib.

Sara Markiz https://en.wikipedia.org/wiki/Sarah_Marquis

Amerikalı Sara Markiz hələ 17 yaşında at belində Türkiyəni başdan başa dolaşıb. O vaxtdan həyatını davamlı piyada ekspedisiyalara həsr etməyi qərarlaşdırıb. 2000-ci ildə Sara 126 gün ərzində Amerika-Kanada sərhəddindən Amerika-Meksika sərhəddinə qədər yolu piyada qət edir. Qət edilmiş yolun ümumi uzunluğu 4260 km təşkil edir.

Növbəti bir neçə ildə Markiz heç bir qeyri-adi hərəkətləri ilə yadda qalmır. 2006-cı ildə səyahətlərə qarşı olan sevgisi yenidən baş qaldırır. 8 ay boyunca Çilidə yerləşən And dağlarının təpələrini fəth edir. Bu səyahətdən sonra o 4 illik istirahət götürür.

2010-cu ildə səyahət həvəsi yenidən oyanır. O zaman Markiz ağlasığmaz bir qddım atmağa qərar verir. O sibir boş torpaqlarından, monqol düzənliklərindən, Çindən keçməklə Laos və Tailanda qədər gedib çıxır. Sonra Avstraliyaya dənizlə üzür və az məskunlaşmı ərazilərdən keçməklə minlərlə kilometr məsafə qət edir. Maraqlı odur ki bütün bu səyahətləri Sara təkbaşına yerinə yetirir. 3 il ərzində o 16 mindən çox kilometr məsafə qət edir.

 

Bu ekspedisiyalar Markizə National Geographic kanalı tərəfindən “İlin səyyahı” mükafatı verilməsi ilə nəticələnir.

Sülhsevər Səyyah https://en.wikipedia.org/wiki/Peace_Pilgrim

Digər amerikalı qadın, Mildred Normann, Sülhsevər Səyyah ləqəbi almış və tarixdə ən məşhur piyada səyyahlardan biri kimi tanınır. 1952-ci ildə Mildred Appalaç çığırından 3500 kilometr marşrut boyunca keçən ilk qadın olur. O bunu yalnız bir fəsil boyu etməyə müvəffəq olur. Bu səyahətdən sonra Normann həyatını Amerika Birləşmiş Ştatları boyu piyada səyahətlərə həsr etmək qərarına gəlir. Onun iddia edirdi ki 28 il ərzində o həmişə eyni paltarlardan istifadə etmiş, çantasında isə yalnız karandaş, xəritə, daraq və diş fırçası olmuşdur.

Mildred tex-tex ac qalırdı, çünki o insanların qonaq etdikləri yeməklə qidalanırdı. Bu isə ona yolunu davam etməyə mane olmurdu. Ən çətin vaxtlar qış aylarında baş verirdi, şünki bu zaman gecələməyə müvafiq yer tapmaq çətinləşirdi.

Sülhsevər Səyyah şoxlu sayda şəhərləri ziyarət edib. 1964-cü il üçün onun qət etdiyi məsafənin ümumi uzunluğu 40 min kilometrə çatırdı (bu isə bildiyimiz kimi yer kürəsi ekvatorunun uzunluğuna bərabərdir). Bundan sonra Normann ümumiyyətlə qət etdiyi kilometrləri saymamağa başlayır. Onun daxilində qəti bir əminlik var idi ki, yolda nə baş verərsə belə o hər zaman təhlükəsizlikdə olacaqdır. Təəssüf ki o yanılırdı.

Bir neçə ardıcıl onilliklər boyu Normann avtomobillərdən çəkinir və nəqliyyat vasitəsi olaraq yalnız ayaqlarından istifadə edirdi. Lakin 1981-ci ildə Mildred qəflətən həlak olur. O, çıxış etmək üçün İndiana ştatının Noks şəhərinə yola düşür və üçün avtomobilə minir. Yolda qəza baş verir və Sülhsevər Səyyah təcili tibbi yardım briqadası gələnə qədər dünyasını dəyişir.

İnsanlar bu qeyri-adi qadını heç bir zaman unutmurlar və hətta onun xatirəsini yad etmək məqsədilə “Sülhsevər Səyyahın dostları” adlı bir təşkilat da yaradıblar.

Polli Letofski http://www.pollyletofsky.com/

Döş xərçənginin müalicəsi üçün ianə toplayan Polli Letofski 1999-cu ildə Kolorado ştatındakı doğma evindən çıxaraq qərbə üz tutur. Nəticədə onun səyahəti 5 il davam edir. Bu müddət ərzində Polli pyada 22 min kilometr məsafə qət edir, 22 ölkə ərazisindən keçir və 4 qitədə olur. Bütün yol boyu Letofski xüsusi arabanı qarşısında itələyərək orada ona yola boyu lazım olacaq əşyaları saxlayır. Maraqlıdır ki bu araba bütün səyahət zamanı bir neçə dəfə yerə çırpılsa da sonadək davam gətirir.

Öncə Letofski Kaliforniyaya çatır, orada təyyarəyə minir və Yeni Zelandiyaya uçur. O avstraliya, sinqapur və malayziya yolları ilə dolaşır, sonra isə bütün Avrasiyanı qət etmək fikrinə düşür. İrlandiyaya çatdıqdan sonra Nyu-Yorka uçur, oradan isə Koloradodakı evinə dönür. Bütün bu səyahət zamanı o təqribən 200 min dollar ianə toplayır və bütün bu pulları döş xərçəngi xəstəliyinin profilaktikasına yönəldir.

Polli Letofski 11 sentyabr teraktları və Yaxın Şərqdəki hərbi əməliyyatlar barədə eşitdikdə belə qorxmur və planlarını dəyişmir. Bu cəsur qadın Pakistan, İran və İraqdan keçərək özü qeyri-adi səyahətini davam etdirir.

Jan Belivo

45 yaşı tamam olan gün Jan Belivo həyatını büsbütün dəyişmək qərarına gəlir. Monrealdan olan keçmiş neon sərlövhələri satıcısı piyada səyahətə başlayır. O öz işindən, gündəlik monotonluqdan çox yorulmuşdu və buna görə də gəzib bütün dünyanə görmək qərarına gəlir.

O ara vermədən 11 il piyada səyahət edir və bu müddət ərzində 75 554 kilometr məsafə qət edir, 64 ölkədə olur. İlk öncə insanlar onun belə davranışını orta yaş krizisinin təzahürü kimi qiymətləndirirlər, lakin razılaşaq ki Janın səyahətlərinin uzunluğu bunun əksini tamamilə sübut edir.

O çoxlu sayda maraqlı insanlarla rastlaşır və hətta 4 Nobel mükafatı laureatı ilə də tanış olur. Onlardan biri Nelson Mandela idi. İnsan hüquqları üzrə məşhur mübariz Belivoya  – Dünyanın sizin kimi insanlara ehtiyacı var – sözlərini deməklə onu, səyahətlərini daha böyük əzmkarlıqla davam etdirməyə sövq edir.

Janı səyahətləri boyu davamlı olaraq təhlükələr qarşılayır – onu soymağa cəhd edirlər, ona Çili pumaları hücum edir, digər tərəfdən də zəifləmiş sağlamlıq öz sözünü deməyə başlayır. Lakin o bütün bu maneələrə baxmayaraq qarşısına qoyduğu məqsədə doğru irəliləyir.

Belivonun sözlərinə görə, səyahəti ilə bağlı ən çətin an hər şeyin başlamasından bir ay öncə yaşanır. O öz planları haqqında həyat yoldaşı Lyüsiyə deməkdə çox böyük çətinlik çəkir. Xoşbəxtlikdən, qadın onun bu fikrini nə qədər təəccüblü görünsə də dəstəkləyir. O sevimli ərinin etibarlı pərəstişkarına çevrilir və bütün səyahəti boyu maddi olaraq onu dəstəkləyir.

Jan heç bir zaman atdığı addıma görə təəssüf etmədiyini bildirir və çoxsaylı pərəstişkarlarını da onun yolu ilə gedərək arzularının reallaşdırmaqdan çəkinməməyi tövsiyyə edir. “Sadəcə gedin, ilk addımınızı atın. Sizin yolunuz səyahət boyu aydınlaşacaq”

Deyv Kunst

Deyv – unikal bir insandır. O həqiqətən də bütün planeti gəzən adam adına layiqdir. 1970-ci ildə doğma qardaşı Conla 4 il davam edəcək səyahətə başlayır. Evdən çıxan zaman onların ikisinə yalnız min dollar pulları var idi. Onlarla yanaşı onların əşyalarını daşıyan qatır da yola düşür.

Qardaşların başına saysız hesabsız qeyri-adi sərgüzəştlər gəlir – Monakoda şahzadə Qreys ilə görüşürlər, vəfalı qatırları ilə Venesiyaya çatırlar, eləcə də Böyük İsgəndərin Heybər keçidinin bütün marşrutu üzrə keçən ilk qeyri-asiyalı olurlar.

Təəssüf ki Əfqanıstanın təcrid olunmuş hissəsindən keçən zaman yerli quldurlar onlara atəş açırlar. Con həlak olur, Deyv isə ağır yaralanır. O ölü kimi tərpənmir və nəticədə sağ qalır. Aldığı yaraların sağalması təqribən 3 ay çəkir. Təəccüblü olan isə odur ki, Deyv hətta qardaşının faciəli şəkildə ölümündən sonra da sınmır və tənha səyahətlərini davam etdirir. O Hindistandan, Avstraliyadan keçir, sonra Kaliforniyaya uçaraq oradan Minnesotaya piyada yola düşür. 23 mindən çox kilometr məsafə qət etdikdən sonra Kunst evinə, balaca Vaseka şəhərciyinə geri dönür.

Bütün səyahətləri boyu Deyv 21 cüt ayaqqabı dəyişir. Onun üçün ən dəyərli əşyalardan biri gecələdiyi bütün şəhərlərin merlərinin imzaları əks olunan bir parçadır. Hal-hazırda Deyv Kunst sevimli həyat yoldaşı ilə sakit həyat sürür. Yeri gəlmişkən, o həyat yoldaşı ilə Avstraliyada səyahət zamanı tanış olur.

Stiven Nyuman

Stiv Ohayo ştatında balaca bir şəhərdə böyüyüb. Erkən uşaqlıq dövrlərindən o planetin ekzotik yerlərinə səyahtə barədə arzulayır. Worldwalker (tərcümədə “dünyanı gəzib dolaşan” mənasını verir) ləqəbin alması da onun böyüdükdən sonra arzusunu reallaşdırdığına işarədir.

Stivenin epik səyahəti 4 il çəkir. Bu müddət ərzində o 24 min kilometr qət edir və 41 milyon addım atır. Səyahəti boyu mütəmadi olaraq başına gələnləri The Columbus Dispatch qəzetinin oxucuları ilə paylaşır. Bu minvalla o tarixdə ilk dəfə olaraq bütün səyahətini kütləvi informasiya vasitələrində əks etdirmiş olur.

 

Nyumanın bildirdiyinə görə o həqiqətən də dünyanın hamının dediyi qorxulu olduğunu öz gözləri ilə görmək istəyirdi. Onun bu gözlədikləri özünü doğrultmadı – onun təcrübəsi əsasən müsbət oldu, lakin bzi hallarda sözün əsl mənasında qorxulu hallar baş verirdi. Məsələn, Nyumana iki dəfə silahlı quldurlar hücum edirlər, onu dörd dəfə həbs edirlər, bir dəfə Stiven döyülür və hətta hind tələbələri ona daşa basırlar. Nyuman eyni zamanda sətəlcəm xəstəliyinə tutulur və bütün bədəni xoşagəlməz səpgi ilə örtülür. Bütün bu çətinliklərə baxmayaraq Stiven əmin edir ki dünya çox bir çox insanların dediyindən fərqli olaraq xeyirxah və maraqlı bir yerdir. Razılaşaq ki onun bu sözləri deməyə daha çox əsası var.

Artur Blessit http://www.blessitt.com/index.html

Artıq məlum olduğu kimi insanlar çox zaman yeni bir təcrübə qazanmaq üçün və ya yeni yerlər kəşf etmək məqsədilə səyahətə çıxırlar. Nadir hallarda səbəb xeyirxahlıq məqsədi güdmək olur. Artur Blessit bütün bu hallarda istisnadır. O bütün dünyanı gəzərək özünün Allaha olan bağlılığını göstərir. Əsl xristian təbliğatçısı 1969-cu ildən 45 il ərzində dünyanın bütün nöqtələrini gəzir və belində böyük taxta xaç daşıyır.

Blessit Kaliforniyada hippi ənənəsinin inkişafının şahidi olaraq belə bir qəribə səyahətə çıxmağa qərar verir. O ilk olaraq məhz Kaliforniyaya yola düşərək oradakı günahkar qəlbləri xilas etmək qərarına gəlir. Artur əmin edir ki xaç daşımağı Allah özü ona tapşırıb.

Hətta həkimlər ona anevrizm xəstəliyi diaqnozu qoyduqdan və belə bir ağır işlə məşğul olmağı qadağan etdikdən sonra o qərara gəlir ki mövcud vəziyyət onu təyinatından döndərə bilməz. O beləcə səyahət etməyə davam edir. 2008-ci ildə Artur rəsmi olaraq hər bir materik ölkəsinə və dünyanın bütün böyük adalarına səyahət etmiş adam sayılır.

Allaha olan inamı Blessitə müharibə gedən ölkələrə, məsələn İraqa belə səyahət etməyə kömək edir. Ümumi olaraq onu 24 dəfə həbs edirlər. 2009-cu ildə bu qeyri-adi insan haqqında sənədli film çəkilir, onun nailiyyətləri isə Ginessin Rekordlar kitabına düşüb.

Robert Harsayd

Bəzi insanlar bütün dünyanı təyyarı ilə dolaşır, bəziləri bu məsafəni avtomobillə qət edir, bir çoxu isə piyada onlarla ölkələrə səyahət edir. Qaçan adam ləqəbli Robert Harsayd isə ilk dəfə olaraq bütün dünyanı qaçaraq dolaşır.

Bu səyahətə başlamadan öncə Robert adi bir klinika psixoloqu idi və heç bir zaman idmanla məşğul olmamışdı. Harsayd hər zaman tənhalıqı sevdiyini bildirir, buna görə də təkbaşına qaçdığı vaxtlarda özünü normal hiss edib. O tez bir zamanda gün ərzində səkkiz saatadək qaçmağa alışır, bu vaxt ərzində 80 kilometrədək məsafə qət edir. Ümumi olaraq Harsaydın sərgüzəştləri 5 il davam edir. Bu müddət ərzində 56 min kilometrdən çox məsafəni qət edir.

5 gün bizim bu qəhrəman Çin həbsxanasında keçirir, 3 gün isə ac qaçır. Maraqlıdır ki ilk vaxtlarda Harsaydın bu hərəkəti bir çox KİV tərəfindən təkzib edilirdi. Onlar iddia edirdilər ki Robertin hekayəsi şişirdilmiş və həqiqətə uyğun deyil. Amma o bunun əksini sübut etməyi bacardı və bir çox tənqidçilər ona qarşı olan fikirlərini dəyişdi. 2007-ci ildə Gines Rekordlar kitabının rəsmi nümayəndələri Robert Harsaydın rekordunu təsdiqlədilər.

Karl Buşbi

Keçmiş ingilis desantçısı Karl Buşbi hal-hazırda ilk olaraq unikal marşrutla Çilidən İngiltərəyə getməyə çalışır.

Öncə o Çilidın Alyaskaya getməyi planlaşdırırdı, sonra Berinq körfəzinin buzları üzərindən keçərək yarımada ilə Sibir arasındakı məsafəni piyada qət etməyi düşünürdü. Bunu etmək göründüyündən çox çətindir. Məsələ burasındadır ki, Berinq körfəzində su heç vaxt tam donmur və Karl kiçik buz parçaları üzərindən adlamalı olacaqdı. Sonra Karl şərqdən qərbə bütün Rusiya ərazisindən keçərək Avropaya çıxmaq və La-Manş boğazına çatmaq arzusunda idi.

Çilidən Alyaskaya olan məsafə müvəffəqiyyətlə qət edilir. 2006-cı ildə Buşbi qəribə də olsa Berinq körfəzinin yarım donmuş sularını keçir və Sibirə çatır.

Təəssüf ki onu üzən buzlardan və qeyri-məskunlaşmış ərazilərdən daha ciddi bir problem gözləyir. Rusiya höküməti bir neçə dəfə Karla viza verməmiş, onu ölkədən qovmuş və başqa yollarla keçmiş desantçının planlarını pozmuşdu.

Bu minvalla 27 min kilometr qət etdikdən sonra Karl dalana rast gəlir. Rusiya 6 il ərzində ona yalnız müvəqqəti viza verir. Buşbi məcburən Rusiyaya ildə bir dəfə kiçik müddətli səyahət etməyə məcbur edilir. Onun tam viza almaq cəhdləri növbəti dəfə uğursuzluqla nəticələndikdə Karl drammatik bir etiraz aksiyası keçirir. 2012-ci ildə o Los-Ancelesdən Rusiyanın Vaşinqtondakı səfirliyinə piyada gəlir. Bu səyahət təqribən bir il çəkir. Xoşbəxtlikdən, onun atdığı bu cəsur addım və mətbuat tərəfindən geniş işıqlandırılması öz bəhrəsini verir və Rusiya höküməti onu lazımi viza ilə təmin edir. Hal-hazırda Buşbi Rusiyanı arxada qoyaraq Avropa üzrə səyahətlərini davam etdirir.

Bu insanların göstərdiyi şücaətlər insanın bacarığının sərhədsiz olduğuna əyani bir nümunədir. Təəssüf ki tarixdə bunun tam əaksini də görmək olur – bəzən insanlar öz güclərinə tam inanıb arxalana bilmirlər. Bircə onu anlamaq lazımdır ki biz özümüz özümüzə sərhədlər təyin edirik. Sonra isə heç bir böyük nailiyyətlər barədə düşünmədən həyatımızı yaşayırıq. Bu qəhrəmanlardan nümunə götürmək hər birimizin borcudur – onlar sübut ediblər ki mümkün olmayan belə mümkün ola bilər. Ən əsası özünə inam, qarşıya qoyulmuş məqsəd və gələcək naminə siz istənilən zirvəni fəth etməyə hazır olacaqsınız.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!