Pol-Rikar Formula-1-də hələ ki 70 min tamaşaçı olacağını gözləyir

Bu günlərdə Pol-Rikarda Formula-1 Fransa Qran-Prisinin təqdimatı keçirilib. Ölkə Formula-1 təqviminə 2018-ci ildə qayıdacaq.

Frame.az “F1News.ru” saytına istinadla xəbər verir ki, təşkilatçılar həftəsonunun maksimum rəvan keçməsi, bütün zəruri fəaliyyətin normal olması, o cümlədən trafiklə vəziyyətin nəzarətdə saxlanması məqsədilə ilk mövsümdə yarışın nisbətən az miqdarda azarkeş toplamasını istərdilər.

Fransanın cənubunda Marselin 50 kilometrliyində yerləşən avtodromun tribunası 90 min tamaşaçını qəbul etmək iqtidarındadır. Lakin onun kommersiya direktoru Orelye Letelyer bildirib ki, yürüşə baxmaq üçün onlar 70 min tamaşaçı olacağını gözləyirlər.

“Əminik ki, daha çox tamaşaçı qəbul edə bilərik, lakin dəyərləndirmədə təvazökar olmağa üstünlük veririk. Biz yürüş günü təxminən 65-70 min tamaşaçının olacağına hazırlaşırıq ki, bu da tam ağlabatan istiqamətdir”, – deyə O.Letelyer “Reuters” agentliyinə müsahibəsində söyləyib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: