Porşe yeni 911 Turbo S Exclusive seriyasını təqdim edib

Avtomobil 607 at gücündə mühərrik və sarı-qızılı rənglər ilə təchiz olunub. Şirkətin bildirdiyinə görə, bu limitli “iki qapı” 911 Turbo S modellərinin içində ən güclüsüdür.

911 Turbo S Exclusive modelinə 3600 kub/sm, 607 at gücündə mühərrik quraşdırılmışdır. Xatırladaqki, standard Turbo S modellərində 26 at gücü daha azdır. 0-100 km sürətə çatmaq üçün cəmi 2.9 saniyə tələb olunur. Maksimal sürət 300 km, yanacaq sərfiyyatı isə şəhər daxili 100 km üçün 13 litr təşkil edir.

Modelin xarici görünüşü, qızılı rəng və üzərdindən karbon tipli qoşa xətt çəkilərək, sdandard modelə nəzərən , rəng olaraq fərqlənir desək daha düzgün olar. Daxili interyerində dəlikli dərinin altından qoşa qızılı xətt ilə, 18 istiqamətdə tənzimlənən oturacaqlar hazırlanmışdır. Tavan alkantara ilə örtülmüş və salon karbon dekorlar, qızılı rəngdə incə tikilişlər ilə təchiz olunmuşdur.

Korpus yüngül titandan hazırlanmışdır. Həmçinin 911 Turbo S Exclusive modelinin dizaynında istifadə olunmuş materialların xronoqrafiyası alıcıya təqdim olunur. Cəmi 500 ədəd istehsal olunmağı planlaşdırılan 911 Turbo S Exclusive modelinin qiyməti, ilkin olaraq 300.000 dollar dəyərində qiymətləndirilmişdir.

Frame.az Orkhan Alifsoy Autorisk Azerbaijan 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: