PR menecerlər arasında breyn-rinq yarışı keçirildi-FOTO-lar

15 mart 2017 ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində  korporativ kommunikasiyalar  və  PR sahəsində çalışan menecerlər arasında Novruz bayramına həsr olunmuş breyn-rinq yarışı keçirildi.  Breyn-rinq yarışı “Parlaq Zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirildi. Oyun zamanı iştirakçılar müxtəlif maraqlı  sualları cavablandırdılar.

Tədbirdə  “AtaHolding”,   “Bakcell”,  “AtaBank” ,“PAŞA Həyat  Sığorta”,  İcbari Sığorta bürosunun, “Excelsior Hotel & Spa  Baku”,  Synergy  Holding  və digər şirkətlərin nümayəndələri iştirak etdilər.

“Bakcell”  şirkətinin  Korporativ Kommunikasiya üzrə mütəxəssis Abbas Musayev, “AtaBank” ASC-nin Korporativ Kommunikasiyalar  və  PR şöbəsinin rəisi Oruc İbrahimov  və  “PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyev  iştirakçılara xatirə hədiyyələri təqdim etdilər.

“PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyevin sözlərinə görə, “AtaHolding” tərəfindən PR menecerlər arasında təşkil edilən breyn-rinq oyunu artıq ənənə halını alıb. Bu tədbirin təşkilində əsas məqsəd yalnız oyunun keçirilməsi deyil. Məqsədimiz ölkədə fəaliyyət göstərən şirkətlərin PR menecerlərini bir araya toplayaraq onlarla dostluq və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırmaq və bu münasibətlər nəticəsində yeni-yeni layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Tədbir ili ildən təkmilləşərək daha yaxşı səviyyədə təşkil olunur. Dünənki tədbir də yüksək səviyyədə təşkil olunmuşdu. Biz “PAŞA Həyat Sığorta” olaraq “AtaHolding”in birgə əməkdaşlıq layihələrində iştirak edirik və bundan sonra da bu cür layihədərə daim dəstək göstərməyə hazırıq” – deyə, E.Hüseynquluyev bildirib.

“Bakcell” şirkətinin korporativ kommunikasiyalar üzrə mütəxəssisi Abbas Musayev  tədbirlə bağlı bildirdi: “Belə maraqlı yarış təşkil etdiklərinə və tədbirə dəstək göstərməyimiz üçün şərait yaratdıqlarına görə “AtaHolding”-in təmsilçisi Dilarə Zamanovaya təşəkkürümüzü bildiririk. Oyun çox maraqlı keçdi. Bu cür tədbirlər sayəsində ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında əlaqələr daha da möhkəmlənir və onların asudə vaxtının səmərəli keçməsi üçün gözəl imkan yaranır”.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirlər bağlı  qeyd eti ki, bu tədbirin məqsədi bayram  əhval-ruhiyyəsi yaratmaq, iştirakçıları sevindirmək və onları motivasiya etməkdir.

Qeyd edək ki,  “AtaHolding”,   “AtaBank”,  “Bakcell” və  “Paşa Həyat Sığorta”   ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrində fəal iştirak edir və bu  cür  layihələri dəstəkləyir. Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: