Cümhuriyyətin 100 illiyinə töhfə – Ödənişsiz müayinə

“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi və Azərbaycan Uşaq Fondu ilə birlikdə ölkəmizin müxtəlif regionlarında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə sosial layihələrə start verib. İlk layihə 26 may tarixində Şamaxı rayonunda həyata keçirilib.

Layihə çərçivəsində psixoloji, nitq qüsurlu, kəkələməsi olan, autizmli və bir sıra digər problemli uşaqlarda xüsusi avadanlıqlarla erkən diaqnozun qoyulması və müayinəsi, həmçinin valideynlər və uşaqlar üçün xüsusi maarifləndirici proqram həyata həyata keçirilib. “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva bildirib ki, 11 ildir fəaliyyət göstərən mərkəzdə bu günə qədər yüzlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış və s. uşaqlara dəstək göstərilib. Azərbaycan Uşaq Fondunun sədri Aqil Məhərrəmov “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinə təşəbbüs üçün təşəkkürünü bildirib və bu kimi layihələrin sayının çox olmasının cəmiyyətimiz üçün faydalarını sadalayıb.

Cümhuriyyətin 100 illiyi münasibətilə həyata növbəti ödənişsiz müayinə 2 iyun tarixi saat 10:00-da Qobustan rayonunda təşkil olunacaq. Bütün rayon sakinləri dəvətlidir.

Qeyd edək ki, “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi N.Nərimanov rayonu, F.Xoyski küç.169A ünvanında yerləşir. Daha ətraflı məlumatı mərkəzin sosial media hesablarından və telefon vasitəsilə (0124089810, 0553723311) əldə edə bilərsiz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: