EventsMusiqiMədəniyyətTəqdimat

Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirilib

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi  ilə əlaqədar  keçirilən  tədbirlər  çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.

Nümayişdən əvvəl  Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirdi.

Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən  bu sənədli film  məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə etmişdir.

Premyeradan sonra məktəbin şagirdlərinin  ifasında D.Dadaşovun, S. Prokofyevin, H.Venyavskinin, Q. Qarayevin, A. Məlikovun, A. Şnitkenin, T. Quliyevin əsərlərindən ibarət gözəl konsert keçirildi.
Gecə gur  alqışlarla sona çatdı.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.

Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!