Presentation by Şəhriyar Məmmədyarov Chess Centre

BİTK Şəhriyar Məmmədyarov Şahmat Mərkəzi ilə xüsusi bir razılığa gəlmişdir. Biz bu il kurrikulumda şahmat da daxil olmaqla, pilot layihəni həyata keçirməyi planlaşdırırıq. Bu məqsədlə, Şəhriyar Məmmədyarov bu həftə şahmatın təhsildə rolu barədə müzakirələr aparmaq üçün BİTK-i ziyarət edəcək və bütün valideynlərimizi və ya onların nümayəndələrini bu təqdimatda iştirak etməyə dəvət edirik. Bu əməkdaşlığın real olması üçün həqiqətən böyük səy göstərmişik, və inanırıq ki, bu bütün şagirdlərimiz üçün unikal bir imkandır. Buna görə də siz də iştirak etmək üçün tələsin. Şahmat dərs saatı zamanı şagirdlərə həftədə bir saat tədris olunacaq (iştirak etmək istəyənlər). Bu dərslər icbari deyil və dərsdə iştirak etmək istəməyən şagirdlər müəllimləri ilə birgə şagirdlərin ümumilikdə zəif olduqları sahə olan problemi həll etmə və məntiq ilə məşğul olacaqlar. Təqdimat BİTK-də həyata keçiriləcəkdir:
Cümə axşamı, 13 oktyabr saat 14.30 – da AKT ZALINDA
Əlavə məlumat üçün bizə zəng edə: 050 2575011 və ya yaza bilərsiniz enrol@btec.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: