FinansIqtisadiyyatTəqdimatƏn Son

Pul köçürməsini MilliÖn terminalları vasitəsilə etmək mümkün oldu

Kapital Bank-ın Xəzri təcili pul köçürmə sistemi ilə ölkə daxilində 1000 AZN-dək pul köçürmə əməliyyatlarının  MilliÖn ödəniş terminallarında aparılması mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankının filiallarından komissiyasız nağdlaşdıra bilərlər.

Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 2 dəqiqə ərzində MilliÖn ödəniş terminallarının “pul köçürmələri” bölməsinə daxil olub əməliyyatı tamamlamaq olar. Bunun üçün göndərən şəxsin öz şəxsiyyət vəsiqəsinin nömrəsini bilməsi zəruridir.

Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı vasitəsilə etmək mümkündür. Saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar.

Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Nikoil Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 200-dən artıq filialı və şöbələrdə müştərilərin xidmətindədir. 2018-ci ilin 3-cü rübü üzrə sistem vasitəsilə 300 000-ə yaxın, ümumi məbləği 160 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!