Püşkatma kimlərin üzünə güldü?

Çempionlar Liqası Püşkatma:

Püşkatma son EPL çempionu Lester’i Avropa Liqasının qalibi Sevilya komandası ilə üz-üzə qoydu. Rafa Benites’in bir vaxtlar çalışdırdığı Napoli və Real Madrid 1/8 final mərhələsində qarşılaşacaqlar.

Bu turnirin son qalibi Madrid’in Real komandası qrupu ikinci sırada başa vurduğundan ilk matçı öz meydanında keçirtməli olacaq. İtaliya’nın digər komandası Yuventus Portuqaliya’nın Portu’ya rəqib oldu.

A qrupunu ilk sırada başa vuran Arsenal klubunun isə bu dəfə də 1/8 final mərhələsində bəxtinin gətirmədiyini söyləyə bilərik.

Beləki topçular bu mərhələdə turnirin əsas favoritlərindən hesab olunan Bavariya ilə qarşılaşacaq.

PSJ – Barselona qarşıdurması da çox gərgin və maraqlı mübarizə vəd edir. Keçən mövsümün finalçısı Atletiko Madrid’ə nisbətən münasib rəqib sayılacaq Bayer Leverkuzen komandası düşüb.

Benfika – Borussia Dortmund duelində alman klubu favorit hesab olunur. Qrupu ilk sırada başa vuran Monako isə bu mərhələdə Pep Guardiola’nın çalışdırdığı Mançester Siti’ylə üz-üzə gələcək. ( PƏRVİN BAYRAMOV ).

1. Sevilya – Lester

2. Real Madrid – Napoli

3. Bavariya – Arsenal

4. PSJ – Barselona

5. Mançester Siti – Monako

6. Benfika – Borussia Dortmund

7. Bayer – Atletiko Madrid

8. Portu – Yuventus

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: