Pyer-Emerik Obameyanq UEFA Avropa Liqasında həftənin oyunçusu seçilib

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Frame.az xəbər verir ki, bu, İngiltərə “Arsenal”ının hücumçusu Pyer-Emerik Obameyanqdır.

30 yaşlı forvard yarımfinal mərhələsinin cavab görüşündə İspaniyada “Valensiya”nı 4:2 hesabı ilə məğlub etdikləri matçda “het-trik” edib.

Qeyd edək ki, “Arsenal” Avropa Liqasının finalında “Çelsi” ilə üz-üzə gələcək. Oyun mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: