“Qəbələ” ECA-nın üzvüdür

“Qəbələ” Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul edilib. Klubumuz 2017/18 mövsümündə Azərbaycan’ın qurumdakı üç təmsilçisindən biri olacaq.

“Neftçi” və Qarabağ’ın tamhüquqlu üzv olduğu ECA-ya yeni daxil olan “Qəbələ” assosiativ statusu daşıyacaq. Ümumilikdə isə 53 ölkədən 220 klubu birləşdirən qurumda 10 yeni komanda var.

Bunlar “Qəbələ”, “Leypsiq” (Almaniya), “Latsio” (İtaliya), “La Fiorita” (San-Marino), “Kayrat” (Qazaxıstan), “Kalyu” (Estoniya), “Vikinqur” (Farer adaları), “Krasnodar” (Rusiya), “Botev” (Bolqarıstan) və AEK (Kipr) klublarıdır. Yeni üzvlər, o cümlədən “Qəbələ” də İsveçrənin Cenevrə şəhərində təşkil olunan ECA-nın XIX Baş Assambleyasına qatılıb.

Bu gün başlayan tədbirdə həmin 10 klub digər üzvlərə təqdim olunub.

Tədbirdə klubumuzu baş menecer Zaur Əzizov təmsil edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: