Qətər klinikası Azərbaycan pasiyentlərinə uşaqlarda şəkərli diabetin müalicəsi üzrə ən yaxşı tibbi həllər təqdim etməyə hazırdır

Müxtəlif etimologiyalı endokrin pozuntuları XXI əsrin bəlasıdır. Xəstəliyə yoluxanların statistikası sadəcə böyüklər arasında deyil, uşaqlar arasında da sürətlə artır. Eyni zamanda, dünyada və Azərbaycanda ən çox yayılmış və təhlükəli endokrin xəstəliklərdən biri şəkərli diabetdir.

Dünyada diabetiklərin sayı arzuolunmaz səviyyəyə, 420 milyona çatıb və proqnozlara əsasən, 2040-cı ildə bu göstərici 640 milyona çatacaq. Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 225 min nəfərdən çoxdur (Azərbaycan Səhiyyə Nazirliyinin 10.04.2018-ci il tarixli məlumatı) və bu sadəcə rəsmi qeydiyyatdan keçənlərin sayıdır. Beynəlxalq statistik araşdırmalara əsasən, hər 10-15 ildə şəkərli diabetə tutulanların sayı iki dəfə artır və bu, tədricən tibbi sosial problemə çevrilir.

Şəkərli diabet ağrı yaratmır,ona görə də çoxları öz diaqnozları barədə yalnız halınkəskin pisləşməsi zamanı xəbər tutur. Müəyyən vaxtdan sonra diabetin ağırlaşması nəticəsində ürək, beyin, göz, böyrək, ayaqların periferik damarları, gözün torlu qişası, arteriya, vena, kapilyarları o dərəcədə zədələnir ki, bu tam korluqla da nəticələnə bilər. Vaxtında edilmiş düzgün müalicə sayəsində infarkt, insult, torlu qişada dəyişikliklər (kor olma təhlükəsi), böyrək çatışmazlığı, aşağı ətrafların qanqrenası kimi ağırlaşmaların qarşısı alına bilər. Uşaqlarda şəkərli diabet xəstəliiyi xüsusi diqqət və yüksək ixtisaslı tibbi yanaşma tələb edir.

Uşaqların yüksək səviyyəli müalicəsi: Dohada “Sidra Medicine” klinikası

Qətərdə fəaliyyət göstərən müasir “Sidra Medicine” Klinika və Tibbi Tədqiqat Mərkəzinin Endokrinologiya və Diabet Kafedrası şəkərli diabet və trioid xəstəliklərindən, eyni zamanda,hipoqlisemiyaya səbəb olan endokrinoloji xəstəlikdən əziyyət çəkən azyaşlılara, yeniyetmələrə və qadınlara kompleksli yardım göstərir.

Komandanın tərkibində olan dünya şöhrətli mütəxəssislər və ən son texnologiya sayəsində pasiyentlərə şəkərli diabetin öhdəsindən gəlməyə yardım edilir.Müalicə zamanı insulin pompaları, qlükoza sensorları kimi yeni qurğulardan istifadə olunur.

Xidmətlər həm ambulator, həm də stasionar müalicə əsasında göstərilir. Klinikanın tədqiqat qrupu endokrin xəstəliklərin, xüsusilə uşaqlarda bir tip şəkərli diabetin müalicəsinin ən yaxşı yollarını tapmağa yönəlib. Klinika Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondu (“Qatar Foundation”) ilə birlikdə bu xəstəliyin tədqiqatı ilə məşğuldur ki, regionda sözügedən xəstəliyin uşaqlara düşən payı yüksəkdir.

Burada pasiyentin məlumatlandırılmasına xüsusi diqqət yetirilir. Uşaq (və ya yetkin xəstə) nə qədər tez diabetin nə olduğunu başa düşüb və pəhrizini idarə etməyi, eyni zamanda, insulini necəvurulmasını öyrənərsə, zaman keçdikcə diabetə nəzarət etmək onun gündəlik həyatının normal bir hissəsinə çevriləcək.

“Şəkərli diabet müalicə olunmazdır, lakin həyat tərzinə uyğunlaşmış yüksəksəviyyəli müalicə, xəstələrin sağlam və xoşbəxt həyat yaşamasına kömək edə bilər. “Sidra Medicine”klinikasının endokrinoloji qrupunun bütün tədqiqat və klinika təcrübəsi, pasiyentlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. Biz Azərbaycandan olan pasiyentləri konsultasiya və müalicə prosedurları üçün Qətərə dəvət edirik. Ən yaxşı tibbi üsullar onların sərəncamında olacaq”, – deyə “Sidra Medicine”in baş həkimi professor Ziyad Hicazi bildirib.

Tədqiqat – klinika təcrübəsinin inkişafına dəstək

“Sidra Medicine” kliniki və laboratoriya tədqiqatları xəstənin qanında qlükoza səviyyəsinin izlənilməsinə və insulininvurulması üzrə yenitexnologiyaların tətbiqinə yönəlib. Bundan başqa, tibbi tədqiqatçılar xüsusilə şəkər diabet, hipoqlikemiya və erkən yaşda artıq çəki yaradan molekulyar mexanizmini araşdırırlar. Bu araşdırma klinikadakı bütün pasiyentlərə yeni müalicə üsulları hazırlamaq üçün istifadə olunur.

Qətər – Azərbaycandan olan pasiyentlər üçün yeni tibbi turizm istiqaməti

“Sidra Medicine” klinikası İdarə Heyətinin sədri olan əlahəzrət Şeyx Moza bint Nazer əl-Misnedin təşəbbüsünün nəticəsidir. “Sidra Medicine” – Qətər və digər ölkələrdən olan pasiyentlərə ixtisaslaşmış xidmətləri təmin edən və ölkənin elmi təcrübəsini formalaşdıran unikal və inkişaf etmiş tibb müəssisəsidir. Mərkəz 2016-cı ildə açılıb, 2017-ci ilin yanvar ayından etibarən burada stasionar klinika fəaliyyət göstərir, 2018-ci ilin noyabr ayında isə ölkə rəhbərliyi və xaricdən olan yüksək vəzifəli qonaqların iştirakı ilə “Sidra Medicine” klinikasının təntənəli açılışı olub.

Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondu (“Qatar Foundation”) tərəfindən yaradılmış “Sidra Medicine” qabaqcıl tibbi təcrübəni və təhsili, innovativ biotibbi və kliniki tədqiqatları və kəşfləri, pasiyentlər və ailələr üçün müstəsna qayğıları özündə birləşdirir. “Sidra Medicine” klinikasının komandasına 1000 tibb bacısı, 300-dən çox həkim və 800 tibb mütəxəssisi və dəstək personalı daxildir.

“Sidra Medicine” klinikası uşaqlara və gənclərə, eyni zamanda, hamilə qadınlara ginekolojivə digər xidmətlər göstərir. Pediatriya xidmətlərinə kardioloji, nevroloji, endokrinoloji, uroloji və plastik cərrahiyyə daxildir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: