Qadağan olunmuş filmlər

Ölüm, kütləvi qətl səhnələri, zorakılıq, cinsi zorakılıq ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən etirazla qarşılanır. Amma bütün bunlara baxmayaraq, belə filmlərin çoxlu sayda izləyicisi var.
Dünyanın bir çox ölkələrində qadağan olunmuş filmlərin siyahısı:

“Mikey”

1992-ci ildə təqdim edilən filmə bir çox ölkələrdə qadağa qoyulub və hələ də Britaniyada filmin nümayişinə qadağa var.Filmdə valideynlərini və dostlarını öldürən 9 yaşlı uşağın həyatından söhbət gedir.Filmdə olan işgəncə və ölüm səhnəsi, iki uşağın balaca körpəni öldürməsi səhnəsi filmin qadağan olunmasına səbəb olub.

“Qrotesk”

Qrotesk (“Grotesque”) 2009-cu ildə Yaponiyada çəkilən qorxu filmidir. Film iki gənc cütlüyün küçədə oğurlanmasından və bir ruhi xəstə tərəfindən işgəncələrə məruz qalmasından bəhs edir. Çox kəskin zorakılıq səhnələrinə görə film Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə qadağan edilib.

“Qırxayaq insan 2″

“Qırxayaq insan 2″ (“The Human Centipede 2”). Bu filmdə əsas sujet dəli bir hollandiyalı alimin 3 amerikalı turisti oğurlaması və onları bir-birinə tikməsi haqdadır. Film qəddar səhnələrinə görə çox böyük tənqid atəşinə tutulub.

“Şeytan öldü”

“Şeytan öldü” (“The Evil Dead”) 1981-ci ildə çəkilən film 5 kollec tələbəsinin tətildə başına gələnlərdən danışır. Film tənqidçilər tərəfindən müsbət qarşılansa da, qorxu və zorakılıq səhnələrinə görə Finlandiya, Almaniya, İslandiya və İrlandiya da daxil olmaqla bir sıra ölkələrdə qadağan edilib.

“Hannibal soyqırımı”

“Hannibal soyqırımı” (“Cannibal Holocaust”) indiyə kimi 50-dən çox ölkədə qadağan edilmiş İtaliya tərəfindən istehsal olunmuş qorxu filmidir. Film təqdim ediləndən sonra rejissor Rocer Deodata həbs edilib, daha sonra isə azadlığa buraxılıb. Film Amazon meşələrində çəkilib və çəkilişdə yerli tayfaların nümayəndələri iştirak edib. Filmin çəkilişi zamanı 7 heyvan öldürülüb. “Cannibal Holocaust” indiyə kimi çəkilən ən ürəkbulandıran, qorxulu filmlərdən biridir.

“Texas kütləvi qırğını”

“Texas kütləvi qırğını” (“Texas Chainsaw Massacre”) 1974-də ekranlaşdırılan kimi bir çox ölkələrdə birbaşa qadağan olunub. Film silsilə qətllər törədən qatil Ed Geynin cinayətləri əsasında çəkilib.

“Ovsunçu”

Ovsunçu (“The Exorcist”) 1973-cü ildə yayımlanıb. Film bir çox ölkələrdə çox qorxulu olduğuna görə, həmçinin dini səbəblərdən dolayı qadağan olunub. “Ovsunçu” şeytan tərəfindən ələ keçirilən gənc qızdan bəhs edir. Bu film, psixoloji triller olması və izləyənləri qorxutmaq üçün şüuraltı mesaj verdiyinə görə qadağan olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: