“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

25 aprel 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası tərəfindən “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

Konfransın keçirilməsində məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqların qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivlərin müəyyən edilməsidir.

Konfrans çərçivəsində “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmləri”, “Qadın sahibkarlığının inkişafında yeni meyllər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə”, “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzular üzrə sessiyalar təşkil olunacaqdır. Tədbirdə yüksək səviyyəli dövlət məmurlarının və nüfuzlu qonaqların, eləcə də Türkiyə, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarusiya, Rumıniya, İsveç MərakeşKrallığı, Cənubi Koreyadan olan nüfuzlu qonaqların iştirakı planlaşdırılır.

Konfransda yerli qonaqlarla bərabər Özbəkistan Respublikasının Baş nazirinin müavini xanım Tənzilə Narbayeva, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam İsakzai, Tacikistan Respublikası hökuməti yanında Qadın və Ailə Məsələləri üzrə Komitənin sədri xanım Qosimzoda İdigul, Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri xanım Fatma Betül Sayan Kaya, Belarusiya Qadınlar İttifaqının Rəyasət Heyətinin üzvü xanım Lyudmila Kandraşova, Belarusiya Respublikasının “Sutoria” ayaqqabı emalatxanasının direktoru xanım Marina Şalima, Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri cənab Mohamed Adil Embarç, Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri xanım Delbar Nazari, Rumıniyanın Gender Bərəbərliyi üzrə Milli Agentliyinin böyük məsləhətçisi xanım Aurora Martin, Koreya Republikasının “Estrella” Beynəlxalq şirkətinin prezidenti xanım Kim Hyun Suk, Koreya Respublikasının “Jablemedi” şirkətinin direktoru xanım Jin Saerom, İsveç Winnet (qadın və sahibkarlıq üzrə milli resurs mərkəzi) şirkətinin vitse prezidenti xanım Anu Majkvist, Moskva Ticarət və Sənaye Palatasının üzvü, Moskva Sahibkarlar Assosiasiyasının sədri, “İnconnect” şirkətinin baş direktoru xanım Tatyana Sadofyeva,Qırğızıstan Respublikasının Əmək və Sosial İnkişaf Nazirliyinin baş mütəxəssisləri xanım Kasımbaeva Saulevə xanım Zhupueva Aidana və digər nüfuzlu qonaqların çıxışları gözlənilir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: