“Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir

Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiya Federasiyasının Əməkdar rəssamı Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir.
Sərginin açılışı 2017-ci il mart ayının 7-də saat 18:30-da Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunacaqdır. Sərgiyə giriş pulsuzdur. Sərgi car il mart ayının 10-dək davam edəcəkdir.
Məmmədov Əsgər İsgəndər oğlu – 1945-ci ildə Azərbaycanda, Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. O, 1965-69-cu illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1971-76-cı illərdə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun multipikasiya üzrə rejissorluq fakültəsində təhsil almış və cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnmişdir.
1976-90-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmış 15-ə qədər sənədli, bədii və cizgi filminə quruluş vermişdir. SSRİ Kinematoqrafiya Birliyinin üzvü seçilmişdir.
Gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov Ağdam rayonunun Mərzili kəndində şəxsi qalareyasını yarartmış, lakin 1993-cü ildə kəndin separatçı erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 200-ə qədər rəsm əsəri orada ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.
Sonradan Moskvada yenidən fəaliyyətə başlayan rəssamın dəfələrlə fərdi yaradıcılıq sərgiləri keçirilmişdir. Bunlardan Rusiya Dövlət Dumasında, Rusiya Mərkəzi Dövlət Kitabxanasında, Rusiya Silahlı Qüvvələrinin Mədəniyyət Mərkəzində, o cümlədən Türkiyədə, Almaniyada, İsraildə, İspaniyada, Kiprdə, Latviyada fərdi yaradıclıq sərgiləri keçirilmiş və bir çox sərgilərin iştirakçısı olmuşdur.
Əsgər Məmmədovun yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq sənətində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmlər var. Müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən biri olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrilik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda hiss olunur. Rəssamın bir çox əsərləri oeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasıdan yaranıb. Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O poyeziyanın və musiqinin vurğunudur. Rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun ustalığı əsərlərində aşkar şəkildə görünür.
Rəssamın yaradıcılıq tematikası mövzü genişliyi və əhatəsi, lirik-fəlsəfi duyumu, həyatın sərt və amansız gerçəkliklərinin realist təsvirindən poetik romantikaya qədər rəngarəngdir. Daim axan, dəyişən zaman içərisində ədəbi və dəyişməz dəyərləri görə bilmək, rənglərin dili ilə onları tamaşaçıya çatdırmaq əsl sənətkarlıq tələb edir. Əsgər Məmmədovun rəsmlərində Rusiya ilə Azərbaycan arasında dostluğun tərənnümü xüsusi yer tutur. Azərbaycan və Rusiya sənətkar ürəyinin sanki qoşa qanadlarıdır.Tamaşaçılara Azərbaycanın həqiqətlərini bədii yolla çatdıran rəssamın yaradıcılığında Azərbaycan təsvirləri.Qarabağ mövzusu xüsusi yer tutur. Bu rəsmlər Azərbaycan milli mədəniyyətinin Rusiyada təbliği olmaqla yanaşı həm də iki böyük mədəniyyət arasında körpü salır, qarşılıqlı anlaşmaya xidmət edir.
Əsgər Məmmədovun yaradıcılıq uğurları Rusiyada yüksək qiymətləndirilib. Prezident V.V.Putinin 21 dekabr 2005-ci il tarixli fərmanı ilə ona Rusiya Federasiyasının Əməkdar rəssamı fəxr adı verilmiş, həmçinin Rusiya Rəssamlıq Akademiyasının gümüş və qızıl medalları ilə, bir çox fəxri fərmanlarla təltif edilmişdir. O, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiyasıyanın, Paris Beynəlxalq Elm və İncəsənət Akademiyasının üzvüdür və həmin Akademiyanın xüsusi Diplomunu almışdır.
Yaradıcılıqla yanaşı Rusiyada Azərbaycan diasporunun ictimayi həyatında fəal çalışan Əsgər Məmmədov Ümumrusiya Azərbaycan Konqresinin idarə heyətinin üzvüdür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: