Qadınların Formula W seriyasında namizədlər seçimi başlanıb

Qadınların Formula W seriyasının təşkilatçıları iştirakçılar seçimi proqramının ikinci hissəsinə start verildiyini elan ediblər. İlkin seçim mərhələsində dünyanın 30 ölkəsindən 100-dən çox namizəddən 60 nəfəri qalıb. Yekunda 18 yürüşçü qadın qalacaq və onlar may ayında start başlanan debüt mövsümündə sükan arxasına keçəcəklər.

Frame.az xəbər verir ki, pilotluğa namizəd qadınlar Avstriyanın Vaxaurinq aftodromunda üç günlük gərgin test məşğələlərinə toplaşacaqlar. Məşğələləri Aleks Vurs və onun atası tərəfindən Beynəlxalq Avtomobil Federasiyası İnstitutu üçün yaradılmış “Test and Training International” şirkətinin mütəxəssisləri keçirəcəklər.

Test proqramı təkcə pilotluq məsələləri ilə məhdudlaşmır. Komissiya namizədlərin fiziki hazırlığını və mətbuatla iş vərdişlərini qiymətləndirəcək, psixoloji və psixrometrik testləşdirmə aparacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: