“Qafqaz Çempionati-2019” yarışması keçirilib

6-7 aprel tarixlərində Tbilisidə, “Yeni Tiflis Idman Saray”ında rəqs üzrə “Qafqaz Çempionati-2019″ yarışması keçirilib. Gürcüstan Rəqs Federasiyası tərəfindən  təşkil edilən turnirdə Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan olan rəqqaslar iştirak ediblər.

Turnirin çərçivəsində fərqli yaş kateqoriyalarında və müxtəlif rəqs proqramları ilə bir neçə müsabiqə keçirilib. Gürcüstanın paytaxt olan Tblisidə keçirilən yarımaya Azərbaycandan ” Jam SS”,”Buta rəqs ansamblı” Bakı şəhərindən, “Qarabağ rəqs kollektivi” Ağcabədi şəhərindən olan rəqs qrupları iştirak ediblər. Həmçinin hakimlər heyətində Azərbaycanın Rəqs Assosiasiyasının vitse-prezidenti Ülviyyə Həsənova Azərbaycanı təmsil edib.

“Qafqaz Çempionatı” adını qazanan birinci yerlərin sahiblərinin adları aşağıda verilib:

-ARA (Azərbaycan Rəqs Assosiasiyası) tərəfindən maliyyələşdirilən və ötən il keçirilən bütün turnirlərin “Bollivud” üzrə qalibi olan Dəniz Ramazanlı
-Ağcabədidən Qarabağ rəqs kollektivi  “Vyana Valsi” adlı rəqsi ilə
-Müasir Solo (böyüklər) istiqamətində “Jam SS” məktəbini təmsil edən Nigar Soltanova
-Buta rəqs ansamblı duet (uşaqlar) Mirzəzadə Nuru vəAbbasov Fidan “Bayram Rəqsi” pyesi ilə
-Buta rəqs ansamblı Bollivud üzrə duet – Abbasova Fidan və Abbasov Yusif
-Müasir duet (böyüklər) Nigar Soltanova, Umar Kadırov

Aprelin 7-də Tbilis Dövlət Filarmoniyasında “Bahar rəngləri” rəqs festivalında Ağcabədidə yerləşən “Qarabağ rəqs kollektivi”  “Şifon ilə rəqs” adlı rəqs nömrəsi ilə Azərbaycanın mədəniyyətini təmsil edib.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının idarə heyətinin üzvü Əziz Əzizov da öz fikirlərini bildirib: “Qafqaz Çempionatında Azərbaycandan iştirak edən 7 kollektivdən 6-sı  qızıl medala nail oldu. Bununla onlar öz bacarıqlarını və qabiliyyətlərini təsdiqlədilər. Gələcəkdə Beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək üçün daha çox gənc və istedadlı sənətkarları göndərməyə çalışacağıq. Qeyd etmək istərdim ki, 14 aprel tarixində Şəki şəhərində “Qafqaz Kuboku” keçiriləcək. Qarabağ komandasını maliyyələşdirilməsi üçün Azərbaycan Mədəniyyət Nazirliyinə və Ağcabədi şəhərinin İcra Hakimiyyətinə təşkilatçılar xüsusi təşəkkür edirlər.  Bu, ölkəmizin gənclərinin mədəni inkişafına dəstək verilməsi, digər regionlarının icra hakimiyyəti orqanları üçün böyük bir nümunədir.”

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: