FinansIqtisadiyyatPR-TanıtımTəqdimat

«Qala Sığorta»dan karantin yeniliyi – İCBARİ SIĞORTALI MOBİL TƏTBİQ

Sığorta bazarının aktiv iştirakçılarından olan “Qala Sığorta” media nümayəndələri üçün mətbuat konfransı təşkil edib.

Frame.az xəbər verir ki, sığorta sektorunda ilk dəfə olaraq onlayn şəkildə keçirilən mətbuat konfransında “Qala Sığorta”-nın İdarə Heyətinin sədr müavini Taleh Yunsurov iştirak edib.

Taleh Yunsurov görüş zamanı jurnalistlərlə şirkətin pandemiya dövründə fəaliyyəti, satış strategiyası və s. mövzular barədə müzakirələr aparıb.

Karantin dövründə “Qala Sığorta”-nın fəaliyyəti barədə ətraflı məlumat verən T.Yunsurov qurulan düzgün satış strategiyası nəticəsində pandemiyanın şirkətə mənfi təsir göstərmədiyini bildirib. Bu dövrdə şirkət tərəfindən bazarda ilk dəfə icbari sığorta əldə etməyin mümkün olduğu mobil tətbiqi istifadəyə verilib. Həmin mobil tətbiq vasitəsilə müştərilərin heç yerə zəng etmədən, növbə gözləmədən İcbari Avtomobil Sığortasını onlayn şəkildə əldə edə biləcəkləri qeyd olunub.

Konfransın sonunda media nümayəndələrinin sualları cavablandırılıb və şirkətin fəaliyyətinə dair yeniliklər barədə məlumat verilib.

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.“Qala Həyat” şirkəti isə Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsulları təqdim edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!