Qanda xolesterolu azaldan bitkilər

Xolesterol orqanizm üçün yararlı maddədir, amma normadan artıq olduqda bəzi xəstəliklərə səbəb olur. Normadan artıq xolesterol damar divarını daraltdığına görə ilk növbədə ürək-qan-damar sistemi xəstəliklərinə yol açır.

 Qanda xolesterolun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir:
– spirtli içki qəbulu
– şəkər xəstəliyi
– siqaret
– artıq çəki
– böyrək xəstəlikləri

Bəzi bitkilər qanda xolesterolun səviyyəsini aşağı salır.

Sarımsaq- xolesterolu aşağı salmaqla yanaşı, qan damarlarının divarını təmizləyir və ürək xəstəlikləri riskini aradan qaldırır. Bunun üçün 4 diş sarımsaq, gün ərzində 1 diş olmaqla 4 dəfəyə yemək lazımdır.
Çörəkotu-  Bu səbəbdən də qanın damarlarda sağlam axınını təmin edir, ürəyə rahatlıq verir. Bunun üçün gündə 1 dəfə 15 qram çörəkotu yeməkdən əvvəl az miqdar su ilə yeyilir.
Sarı və qara qarnıyarıq otunun toxumları- nın dəmləməsi bağırsaqların fəaliyyətini artıraraq qanda xolesterolu aşağı salır. Bunun üçün yeməkdən əvvəl 1 xörək qaşığı toxum 1 stəkan su ilə içilir və ya 1 çay qaşığı toxum 1 stəkan qaynar suda dəmlənib içilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: