Qanunsuz ov edənlər cəzalandırılıblar

Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının yol kənarlarında satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları növbəti nəzarət tədbirləri keçiriblər.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Lənkəran rayonunun, Qumbaşı kəndi ərazisində və Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində ovlanmış çöl quşlarının satılması faktları aşkarlanıb. Araşdırma zamanı qanun pozucularının Biləsuvar rayon sakinləri Rafiq Orucov və Fariz Abbasov olduğu müəyyənləşib. Faktlarla bağlı protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Kür çayının Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan bir nəfər saxlanılıb, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Ağdaş rayon sakini Kamil İbrahimov, İmişli rayon sakini Toğrul Müseyiboğlu, Qusar rayon sakini Vahid Ələskərov, Şabran şəhər sakini Samir Gülməmmədov, Xırdalan şəhər sakini Vüqar Mahmudov, Bakı şəhər sakinləri Babək Babayev, Mənsum Köçəriyev, Qax rayon sakini Şeyx Musayev, Xızı rayon sakini Kamil Quliyev saxlanılıb və onlar barələrində protokol tərtib edilərək cərimələniblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: